“Əfv etmək, bağışlamaq müdrik və ədalətli liderlərə məxsus cəhətdir” – DEPUTAT – RƏY(LƏR)

Millət vəkilləri ölkə prezidentinin əfv sərəncamını yüksək qiymətləndirdilər

Ölkə başçısı cənab İlham Əliyevin imzaladığı əfv sərəncamı xalqımıza ən böyük Novruz bayramı hədiyyəsidir.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Azər Badamov deyib.

azer badam-1

Onun sözlərinə görə, belə sərəncamları ölkə prezdent mütəmadi olaraq imzalayır.

“Törətdikləri cinayət əməllərinin cəmiyyət üçün təhlükəlilik səviyyəsi nəzərə alınaraq, məhkumluq həyatını yaşayan insanların bir çoxu əfv olunur, onlar ailələrinə qovuşdurulur, gözü yolda olan ailələrin intizarına son qoyulur və bir daha cəmiyyətdə özünü doğrultmasına imkan verilir. Təbii ki, bu, cənab prezdentin siyasətinin təməlində humanizmin birinci yerdə dayandığının göstəricisidir.

 Martın 16-da imzalanan əfv sərəncamı da 431 nəfərə şamil olunub, o cümlədən, 399 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib. Bu, çox təqdirəlayiq haldır və xalq tərəfindən alqışlanır. Ümumiyyətlə, cənab prezdentin imzaladığı və icra olunan sosial proqramlar, əfv sərəncamlar bir daha onu göstərir ki, İlham Əliyəv hər bir vətəndaşın prezidentidir”-deyə, millət vəkili sonra bildirib.

Digər millət vəkili Eldəniz Səlimov öz növbəsində qeyd edib ki, hələ 2003-cü ilin prezident seçkilərindən sonra keçirilən andiçmə mərasimində “hər bir azərbaycanlının prezidenti olacağam”-deyən, dövlət başçısı son 10 ay ərzində ikinci dəfə  böyük və tarixi əfv sərəncamı imzalamaqla, bir daha vədinin, sözünün üstündə durduğunu nümayiş etdirdi:

“Yəni, dövlət başçısı heç bir azərbaycanlıya, heç bir Azərbaycan vətəndaşına fərq qoymadığını,  hətta, səhvə, xətaya, cinayətə yol vermiş insanları belə bağışlamaq, əfv etmək iradəsinə və qürdrətinə malik olduğunu əməlləri ilə sübut etdi və etməkdədir. Əfv etmək və bağışlamaq tək olan Allahımıza və onun Yer üzünə göndərdiyi xilaskar elçilərinə, müdrik dövlət adamlarına xas olan bir cəhətdir. Yalnız müdrik insanlar, müdrik dövlət rəhbərləri, güclü, ədalətli siyasi liderlər bağışlamağı və əfv etməyi bacarırlar.

Ulu Öndərimizin humanizm, insanpərvərlik siyasətini 16 illik hakimiyyəti dövründə uğurla davam etdirən cənab prezident də məhz əfv etməyi və bağışlamağı bacaran uca könüllü dövlət rəhbəri,  ölkə liderdir. Son addımı ilə dövlət başçımız bir daha bunu sübut  etdi və nümayiş etdirdi. Ona görə ölkə rəhbərinə, hər bir azərbaycanlının prezidenti olan cənab İlham Əliyevə bu, son dərəcədə müdrik və humanist addımına görə minnətdarlığımı bildirir, azadlığa qovuşan insanlarımızı, onları yaxınlarını isə təbrik edirəm. Arzu edirəm və inanmaq istəyirəm ki, həmin insanlar onlara verilmiş bu tarixi şansı və fürsəti olduğu kimi və yaxşı şəkildə dəyərləndirəcək, bir daha səhvə, xətaya yol verməyəcəklər”.

ELDENIZ-1

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Qəza törədib, adam öldürüb, hadisə yerindən qaçan əfv edilmir” – DEPUTAT

Read Next

“Prezident bir daha sübut etdi ki, hər bir vətəndaşımızın prezidentidir” – AKADEMİK

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir