“Əfv sərəncamı prezidentin siyasi qətiyyətinin, gücünün təzahürüdür” – MİLLƏT VƏKİLİ

Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən əfv sərəncamının imzalanması ölkəmizin humanizm prinsipləri əsasında güclü bir iradə ilə idarə edildiyinin mühüm bir nümunəsidir. Bu Sərəncam dövlət başçısının hüquqi dövlət quruculuğunda humanizm prinsipinə nə qədər böyük önəm verdiyinin növbəti bariz örnəyidir. Əfv sərəncamı cənab Prezidentin siyasi qətiyyətinin, gücünün təzahürü olmaqla yanaşı, eyni zamanda, Azərbaycanda dövlətçilik prinsiplərinin güclü dayaqlar üzərində inkişaf etdiyinin də əyani sübutudur.

Etikxeber.az xəbər verir ki, bu sözləri Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Jalə Əliyeva  mətbuata açıqlamasında deyib.

jala-yeni-jala

Deputat mətbata açıqlamasında sonra bildirib ki, məhkumluq həyatı yaşayan insanları bu bayram günlərində sevindirmək, ailələrinə qovuşdurmaq, onları yenidən cəmiyyətə qazandırmaq olduqca mühüm və təqdirəlayiq addımdır:

“Ölkəmizdə ictimai həmrəyliyə hesablanan əfv sərəncamlarının, amnistiya aktlarının imzalanması artıq ənənə halını alıb. Bundan əvvəl də dəfələrlə cənab Prezident İlham Əliyev tərəfindən, Milli Məclisin deputatı olarkən hörmətli birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə bu cür humanist addımlar atılaraq, minlərlə vətəndaşımızın ailələrinə sonsuz sevinc bəxş edilib. Biz hər bir Azərbaycan vətəndaşı adından cənab Prezidentə, birinci vitse-prezident Mehriban xanım Əliyevaya Azərbaycan naminə gərgin fəaliyyətlərinə görə, təşəkkür edirik. Biz fəxr edirik ki, güclü və müstəqil Azərbaycanın vətəndaşlarıyıq”.

Etikxeber.az

Read Previous

“Reallığımızda siyasi oyunbazlara yer olmayıb…” – AMAŞOVUN YAZISI

Read Next

“Xan Şuşinski kimi sənətkarların doğum tarixi olur, ölüm tarixi yox…” – RAFAEL HÜSEYNOV – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir