“Əgər ermənilərin bu hərəkətlərinə cavab verilməsə, 1970-1980-ci illərdə ASALA və digər erməni təşkilatları tərəfindən törədilən terror aktları yenidən təkrarlana bilər”-DEPUTAT

Son günlər Los-Anceles, Paris, Brüssel, Moldova və dünyanın bir çox yerində Ermənistanın növbəti hərbi təxribatına etiraz məqsədilə aksiya keçirən dinc azərbaycanlılar, həmçinin Azərbaycanın diplomatik nümayəndəliklərinin binaları radikal erməni qruplaşmaları tərəfindən hücuma məruz qalıb. Baş verənlər erməni xislətinin dəyişmədiyini və Ermənistanın siyasi hakimiyyətinin terrorçuçuluq mahiyyətini bir daha ortaya qoydu. Terror ermənilər üçün bir alətdir. Bir sözlə, ermənilər bu dəfə də öz faşist xislətlərinə sadiq qaldılar.

Etikxeber.az xəbər verir ki, bunu mətbuata açıqlamasında deputatı Tamam Cəfərova deyib.

Deputat bildirib ki, bu gün Azərbaycanın sürətli inkişafı, beynəlxalq mövqelərinin ciddi şəkildə möhkəmlənməsi, ölkəmizin ədalətli mövqeyinin dünya ictimaiyyətinə çatdırılması Ermənistanı, onların havadarlarını çox narahat edir:

“Bu cür təxribatlarla ermənilər onların maraqlarına uyğun olmayan qərarlar qəbul olunduqda faşistliyə, vandallığa əl atmaqdan çəkinmədiklərini, beynəlxalq hüquq normalarının onlar üçün əhəmiyyət kəsb etmədiyini sübut etmiş olurlar. Azərbaycanın diplomatik nümayəndəliklərinin binalarına, eləcə də dinc azərbaycanlı nümayişçilərə qarşı törədilən təxribatlar özündə vandalizm və terror elementlərini ehtiva edir və ermənilərin törətdikləri əməllər cinayət məsuliyyəti doğurur”.

Eyni zamanda deputat qeyd edib ki, aksiyaların olduğu ölkələrdə azərbaycanlılara qarşı edilən təxribatlara, təzyiqlərə beynəlxalq hüquq və həmin ölkələrin hüquq sistemləri çəçivəsində cavab verilməlidir. 1961-ci il Diplomatik Əlaqələr haqqında Vyana Konvensiyasına əsasən diplomatik nümayəndəliklərin hər hansı müdaxilə və zərərdən mühafizəsinin təmin edilməsi, eləcə də diplomata, onun şəxsiyyətinə, azadlığına və şərəfinə qarşı hər hansı hücumun qarşısının alınması qəbul edən ölkənin məsuliyyətindədir. Əgər ermənilərin bu hərəkətlərinə cavab verilməsə, 1970-1980-ci illərdə ASALA və digər erməni təşkilatları tərəfindən törədilən terror aktları yenidən təkrarlana bilər:

“Azərbaycan Xarici İşlər Nazirliyinin verdiyi bəyanata uyğun olaraq mütləq şəkildə xaricdə yaşayan diaspora təşkilatları, diplomatlarımız və orada yaşayan bütün azərbaycanlılar ayıq-sayıq olmalıdır. Eyni zamanda, bizim diaspora nümayəndələrimizin qanun çərçivəsində və sivil formada keçirdikləri aksiyalarda onların təhlükəsizliyi tam şəkildə təmin olunmalıdır”(AZƏRTAC).

Etikxeber.az

Read Previous

“Təcrübə var, siyasi iradə var, iqtisadi imkanlar var, qurub-yaratmaq, qurub-yaratdıqlarını qorumaq əzmi var!”-MİLLƏT VƏKİLİ SON HADİSƏLƏRLƏ BAĞLI TOVUZDA GÖRÜLƏCƏK İŞLƏRDƏN DANIŞDI

Read Next

“Soydaşlarımızı erməni təxribatlarına uymadan soyuqqanlı davranmağa və özlərini mümkün erməni terror hücumlarından qorumağa çağırırıq”-“QARABAĞ İCMASI”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir