“Əgər lazım gələrsə, hökumət tərəfindən Prezidentə hər hansı bir düzəlişin olması ilə bağlı təqdimat da təqdim olunacaq”-NAZİR

Cari ildə çağırışlarımız kifayət qədər çoxdur.

Etikxeber.az xəbər verir ki, bunu Maliyyə naziri Samir Şərifov parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Onun sözlərinə görə, iyunun 18-də iki həftəlik sərt karantin rejiminin tətbiq ediləcəyi ilə bağlı məsələlərə baxılıb:

“Şübhəsiz, təxirəsalınmadan qərarlar qəbul ediləcək. Əgər lazım gələrsə, hökumət tərəfindən Prezidentə hər hansı bir düzəlişlərin olması ilə bağlı təqdimat da təqdim olunacaq”.

O, eyni zamanda deyib ki, 2021-ci ilin dövlət büdcəsinin layihəsinin hazırlanması prosesi artıq başlayıb:

“Kifayət qədər səmərəli büdcə var. Mövcud şəraitə baxmayaraq, biz büdcəni vaxtında hazırlayıb çatdırmaq iqtidarındayıq”.

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Məsəl var, ağanın malı gedər, nökərin canı. Pul, vəsait ayrılıbsa, deməli, xərclənməlidir…”- QÜDRƏT HƏSƏNQULİYEV SAMİR ŞƏRİFOVLA SAHİL BABAYEVİ SƏRT TƏNQİD ETDİ, MALİYYƏ NAZİRİNDƏN DƏ ONA CAVAB GƏLDİ – YENİLƏNİB – (2)

Read Next

“Həmkarlarımdan xahiş edirəm ki, rayonlardakı bu və ya digər problemləri tünd rənglərlə parlamentin iclaslarına daşımasınlar”-FƏZAİL AĞAMALI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir