“Əgər qarşıdakı görüşdə girovlarla bağlı hansısa bir razılığa gəlinsə…” – DEPUTAT

Sentyabrın 23-də ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında növbəti görüşün keçirilməsini planlaşdırırlar.
Ermənistanın baş naziri Nikol Paşinyanın Xankəndindəki “nöqtə”ləməsindən sonra rəsmi Bakı belə bir görüşün keçirilməsinə razılıq veribsə, məncə, bu daha çox bizim hay girovluğunda olan iki soydaşımız-Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlıdır.

Azərbaycan çoxdandır ki, onların əsir götürülən və əsir düşən iki hay hərbiçisinə dəyişdirilməsini təklif edir. Minsk qrupu həmsədrlərinin də hələlik sözdə də olsa, bunu dəstəkləmələri belə bir ümid yaradır ki, ola bilər iki hay hərbiçisinin təhvil verilməsi qarşılığında Dilqəmlə Şahbaz girovluqdan qurtulsunlar.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Sahib Alıyev deyib.

“Mən iki ölkənin xarici işlər nazirləri arasındakı görüşü, danışıqları yox, məhz görüşü ancaq və ancaq bu baxımdan önəmli sayıram”-deyən millət vəkilinin sözlərinə görə, əgər qarşıdakı görüşdə bu məsələylə bağlı hansısa bir razılığa gəlinsə, onda Ermənsitanla danışıqlar yoluyla problemin həll ediləcəyinə az da olsa ümid yaranır.

“Əks halda bu görüş də haylarla havadarlarının status-kvonun uzadılmasına yönəlik növbəti addımlarından başqa heç bir mahiyyət daşımayacaq”-deyə, millət vəkili sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

Qida təhlükəsizliyi ilə bağlı qanun layihəsi qanunvericilk işləri planına salındı – DEPUTAT İSƏ ƏRZAQ TƏHLÜKƏZLİYİ HAQDA QANUNA EHTİYAC OLDUĞUNU DEDİ – YENİLƏNİB

Read Next

“Azərbaycan Avropanın enerji təhlükəsizliyində xüsusi rol oynayır” – ELDAR İBRAHİMOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir