“Əgər sərt karantin rejimi 2021-ci ildə də tətbiq edilərsə, verilən ödəmənin yenə də yaşayış minimumu həcmində olmasına hökumətdə baxılacaq”-NAZİRDƏN AÇIQLAMA

Əhaliyə pandemiya ilə əlaqədar birdəfəlik ödəmə 2020-ci ildə yaşayış minimumu həcmində verilirdi.

Etikxeber.az-ın məlumatına görə, bunu Milli Məclisin (MM) bu gün keçirilən iclasında Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, əgər sərt karantin rejimi 2021-ci ildə də tətbiq edilərsə, bu məsələyə, verilən ödəmənin yenə də yaşayış minimumu həcmində olmasına hökumətdə baxılacaq.

O, birdəfəlik ödəmələrin verilməsinin elektron qaydada həyata keçirildiyini qeyd edib.

“Prezidentin təşəbbüsü ilə ötən il 2016-cı ilə qədər olan sığorta stajına amnistiya tətbiq edilib və pensiya təyin olunanda həmin insanların sığorta stajının olmaması nəzərə alınmayıb. Sığorta stajı pensiya üçün əsas elementlərdən biridir”-deyən nazir eyni zamanda bildirib ki, cari ildə 250 milyon manatlıq vəsaitə qənaət edilib:

“Saxta pensiya işləri ləğv edilib, optimallaşdırılıb. Bu vəsait əhalinin sosial təminatına, sosial müdafiəsinə yönləndirilib. Əhaliyə ödənilən pandemiya ilə bağlı 190 manatın çox hissəsi bu qənaət hesabına ödənilib. Reabilitasiya mərkəzləri ilə bağlı da çox geniş iş aparılır. Artıq 6 realibitasiya mərkəzi istifadəyə verilib. Qısa müddət ərzində, növbəti ilin birinci rübündə Qəbələ, Şəmkir Şamaxıda da reabilitasiya mərkəzlərinin istifadə verilməsini proqnozlaşdırırıq. İşğaldan azad olunan yerlərdə də bu proqram tətbiq olunacaq”.

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

2021-ci ilin büdcə müzakirələri yekunlaşdırıldı və büdcə zərfi qəbul edildi-MM-İN PAYIZ (QIŞ) SESSİYASI İSƏ SABAH BAŞA ÇATIR, SABİR RÜSTƏMXANLI KİTABXANALAR VƏ QAZLAŞDIRMA MƏSƏLƏSİNDƏN DANIŞDI -YENİLƏNİB – (3)

Read Next

Deputatlar payız sessiyasının son iclasında 6 məsələni-MÜZAKİRƏDƏN KEÇİRƏCƏK…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir