Əhməd bəy Ağaoğlu barədə yeni kitab-NƏŞR EDİLDİ

Tarixçi Aydın Balayevin “Əhməd bəy Ağaoğlu: dahi mütəfəkkir, qorxmaz fədai və yorulmaz millət qurucusu (1869-1939)” kitabı nəşr edilib.
 
Etikxeber.az-ın xəbərinə görə, JekoPrint Çap Evi  tərəfindən çap edilən kitabda müsəlman Şərqində modernləşmə hərəkatının ən ardıcıl tərəfdarı və türkçülük məfkurəsinin yaradıcılarından biri olan dahi mütəfəkkir və ictimai-siyasi xadim Əhməd bəy Ağaoğlunun həyat və yaradıcılığından bəhs edilir.
 
Müəllif çoxsaylı tarixi qaynaqlara əsaslanaraq, 50 ildən də artıq bir zaman kəsiyində bu bənzərsiz şəxsiyyətin ideoloji və siyasi görüşlərinin təkamül prosesini, eləcə də əməli fəaliyyətini  işıqlandırmağa çalışıb.
 
Kitab tarixçilər, etnoloqlar, politoloqlar və milli tariximizlə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Etikxeber.az

Read Previous

“YAP bu imtahandan da güclənmiş şəkildə çıxdı”- Musa Quliyev – Siyavuş Novruzov, Hacıbala Abutalıbov, Əli Həsənov, Abel Məhərrəmov…YAP-ın İdarə Heyətinə seçilmədi-YENİ İDARƏ HEYƏTİ VƏ VETERANLAR ŞURASININ TƏRKİBİ AÇIQLANDI… – YENİLƏNİB – (2)

Read Next

3 gün ictimai nəqliyyat-İŞLƏMƏYƏCƏK

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir