“Əhməd bəy Ağaoğlunun həm Türkiyədə, həm Azərbaycanda abidəsinin olması vacibdir” – QƏNİRƏ PAŞAYEVA

Əhməd bəy Ağaoğlu bütün Türk dünyası üçün böyük işlər görmüş böyük bir şəxsiyyətdir və harada doğulub harada yaşamasından asılı olmayaraq bütün Türk gənclərinin Əhməd bəy Ağaoğlunu yaxından tanımasına, ondan öyrənməsinə bu gün də, gələcəkdə də böyük ehtiyac olacaq.

Onun fikirləri Türk dünyasının birliyi və inkişafına çağırır və gənclərimiz üçün ən gözəl örnəklərdən biridir və bu cür tədbirlər Əhməd bəy Ağaoğlunu gənc nəsillərə daha geniş tanıtmağa xidmət edir və mən təşkilatçıların hamısına təşəkkürümü bildirirəm.

Özəlliklə Əhməd Ağaoğlunun 150 illik yubileyinin keçirilməsi, onun irsinin öyrənilməsi, daha geniş tanıdılması istiqamətində dövlət başçımız İlham Əliyevin sərəncamını yüksək qiymətləndirir və cənab prezidentə təşəkkürümüzü bildirirəm.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Qənirə Paşayeva deyib.

Millət vəkili inandığını bildirib ki, Azərbaycan, Türkiyə və Türk dünyası aydınları, Əhməd Ağaoğlunun gənc nəsillərə daha yaxından tanıdılmasında fəallıqlarını daha da artıracaqlar.

ahmed-aqaoqlu

Millət vəkili eyni zamanda, Türkiyədə fəaliyyət göstərən  Türk Ocaqlarının nümayəndələrinə müraciət edib, “Əhməd Ağaoğlunun Türk Ocaqlarının qurucularından biri idi və çox yaxşı olar ki qardaş Türkiyədə onun adına bir küçə və ya park olsun və həm Türkiyədə, həm də Azərbaycanda abidəsinin olması da çox vacibdir”– deyə, bildirib.

Q.Paşayeva sonra “İnanıram ki, Türk Ocaqlarının qardaş Türkiyənin rəsmi qurumlarına müraciəti ilə Əhməd Ağaoğlunun 150 illik yubileyinin keçirildiyi bu il içərisində Türkiyədə də onun adının əbədiləşdirilməsi istiqamətində önəmli addımlar atılacaq” – deyə, sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

“Barsa”nın gəliri 1 milyard avronu ötəcək…

Read Next

Avtobus partladıldı – AZI 12 NƏFƏR ÖLDÜ…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir