Əhmədinejad saxlanılıb?!

İranın sabiq prezidenti Mahmud Əhmədinejad ölkədə keçirilən hökumət əleyhinə aksiyalara dəstək verdiyi üçün saxlanılıb.

Etikxeber.az xəbər verir ki, APA-nın məlumatına görə, bu barədə “Al-Quds Al-Arabi” qəzeti Tehrandakı mənbəyə istinadən xəbər yayıb.

Qəzet yazıb ki, M. Əhmədinejad Şiraza səfəri zamanı İranın ali dini rəhbəri Əli Xamneyinin göstərişi ilə saxlanılıb. M. Əhmədinejad ötən cümə axşamı Buşəhrdə aksiyaçılar qarşısında çıxışında deyib ki, bəzi məmurlar insanların problemlərindən uzaqdır və cəmiyyətdəki real vəziyyət barədə məlumatsızdırlar. M. Əhmədinejad insanların hazırkı hakimiyyətdən narazı olduğunu, hakimiyyətin resursları inhisara aldığını vurğulayıb.

Rəsmi Tehran hələ məsələyə rəsmi şərh verməyib.

Etikxeber.az

Read Previous

2018-ci ildə səyahət edilməli ölkələr və şəhərlər – SİYAHI

Read Next

“Kəpəz” “Qəbələ”nin yarımmüdafiəçisini icarəyə götürdü

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir