Əkin yerlərinin yandırılması qadağan edilir…

“Torpaqların münbitliyi haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən, əkin yerlərinin yandırılması qadağan edilir.

Etikxeber.az-ın  məlumatına görə, bununla bağlı həmçinin İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər nəzərdə tutulur.

Qeyd edək ki, adçəkilən dəyişiklikləri nəzərdə tutan qanun layihələri Milli Məclisin (MM) Aqrar siyasət komitəsinin noyabrın 28-də keçirilən iclasının müzakirəsinə çıxarılıb.

Təklif edilən yeni dəyişikliklərə əsasən isə əkin yerinin yandırılmasına görə fiziki şəxslər 400 manatdan 600 manatadək, vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək, hüquqi şəxslər 5000 manatdan 6000 manatadək cərimələnəcəklər.

Dəyişikliyin əsas məqsədi əkin yerlərinin, xüsusilə də taxıl biçinindən sonra kövşənliklərin yandırılması hallarının və nəticədə baş verə biləcək daha ciddi fəsadların qarşısının alınması üçün müvafiq məsuliyyət növünün müəyyən edilməsidir.

KAMİL 

Etikxeber.az

Read Previous

“Heyvanları qorumaq hər kəsin borcudur…” – CƏZALAR SƏRTLƏŞDİRİLİR

Read Next

Heyvanların məskunlaşdığı yerlərin özbaşına yandırılması məsuliyyət yaradacaq

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir