Əksər çaylarda sululuq artıb

Ötən günlər ərzində yağan yağışlar nəticəsində əksər çaylarda sululuğun artımı qeydə alınıb. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 150-240, Kiçik Qafqazın çaylarında 160-170, Lənkəran-Astara bölgəsi çaylarında isə 30-40 faizini təşkil edir.

Bu barədə Etikxeber.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bildirilib. Məlumata görə, sentyabrın 27-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 18 santimetr azalma müşahidə olunub. Məntəqədə su sərfi saniyədə 150 kubmetr təşkil edib. Qanıx çayının Əyriçay məntəqəsində də suyun səviyyəsində 8 santimetr artım qeydə alınıb. Məntəqədə su sərfi saniyədə 64 kubmetr olub.

Kür çayının aşağı axınında da suyun səviyyəsində artım müşahidə olunub. Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsi 3 santimetr artıb.

Hazırda suyun səviyyəsi Kür çayının aşağı axınındakı məntəqələrdə – Surrada 471, Salyanda 304, Bankədə 235, Novruzlu məntəqəsində isə 186 santimetrdir.

Etikxeber.az

Read Previous

Oktyabrın 2-dək hava şəraiti qeyri-sabit keçəcək

Read Next

Prezident Heydər Əliyev Mərkəzinin açılışında da iştirak etdi- YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir