“Əks halda, yaxın gələcəkdə ölkəmizin hər yerində içməli su qıtlığı problemi olması qaçılmazdır…”-EKOLOQ XƏBƏRDARLIQ ETDİ

Cənubi Qafqazın ən böyük çayı, ölkəmizin su təchizatında əsas mənbəyi olan, adının etimologiyası türk dillərində – “bol”, “qüvvətli”, “sürətli”, “sarsılmaz”, “məğrur” sözləri kimi tərcümə olunan “Kür ” çayı son aylarda, adının tərcüməsindən fərqli olaraq, mənsəbi Xəzər dənizinə belə gücnən gəlib çatması xəbəri, ekoloji şəraitdən doğan narahatçılıq ekoloqlar ilə yanaşı, bütün respublika əhalisini narahat etməyə başlayıb.

Üç ölkənin ərazisindən keçməklə ,uzunluğu 1515 km olan zəngin flora və faunası ilə seçilən, istər iqtisadi , istərsədə suvarma üçün intensiv şəkildə istifadə olunan bu çayın Yevlax –Xəzər dənizinə qədər olan hissəsində gəmiçilik fəaliyyəti üçün yararlı olan hissəsində artıq kiçik qayıqların belə hərəkət etməsi müşkül məsələyə çevrilib, çay yatağı ensizləşib, gölməçələr, adalar yaranıb, bu əsasən çayın aşağı axınlarında özünü daha çox biruzə verib.

Çay adi səviyyəsindən xeyli aşağı düşdüyündən axarı belə bilinməyən bu çayın quruması hazırda müəyyən ərazilər üçün aktual olsa da, tezliklə ölkə səviyyəsində içməli su problemi ilə qarşılaşacağımızdan xəbər verir.

Su mənbəyini əriyən qarlar, yeraltı qrunt suları, yağış, buzlaqlardan əriyib axan sular təşkil edən bu çayın su səviyyyəsinin kəskin aşağı düşməsinin səbəbi təbii və antropogen təsirlərdir. Belə ki ötən il bu vaxt əməkdaşlarımız Elmir Məmmədli Tural Soltanov hər üç ölkə ərazisində, çayın kəmiyyət və keyfiyyət monitorinqi apardığı zaman , suyun həcminin azalmasına səbəb olan bir sıra hallar ilə rastlaşmış, regional əməkdaşlığın vacibliyini bildirmişdirlər.

Həmçinin, qeyd etmişdilər ki, Azərbaycana daxil olanadək çayın suyu artıq çirklənir və bu çirklənmə normadan çoxdur.

Təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarının normadan dəfələrlə artıq olması müşahidə olunub.

İlk növbədə qiymətli sərvət olan su mənbələrimizin qorunub mühafizə edilməsini, onların hidroqrafik, hidrokimyəvi, hidrobioloji, genetik və botaniki cəhətdən elmi əsaslarla mükəmməl öyrənilməsini, onlarda keyfiyyət və kəmiyyət dəyişikliklərini törədən səbəbləri vaxtında aşkar edib qarşısının alınması kimi təxirəsalınmaz məsələlərlə ön plana çəkilməsi üçün addımlar atmalıyıq.

Əks halda Kürün aşağı axarındakı ekoloji pozuntular, Azərbaycanın müasir iqtisadiyyatında və əhalinin məşğulluğunda əhəmiyyətli yer tutan kənd təsərrüfatında istifadə olunan ərazilərdə qrunt sularının səviyyəsinin qalxmasına, torpaqların şorlaşmasına, eroziya prosesinə, səth və yeraltı sularının çirklənməsinə və bütövlüklə səhralaşma prosesinin genişlənməsinə səbəb olacaqdır.

İlkin olaraq qeyd etmək istərdim ki, suyun həcminin azalmasının və dəniz suyunun çay dərəsinə dolmasının başlıca səbəbi – təbii amillərin, xüsusən yer kürəsində gedən qlobal iqlim dəyişikliklərinin nəticəsi, hidrometeoroloji proseslərlə bağlı quraqlıq, yağıntıların normadan az olması, dağların ərimə xətti yuxarı qalxdığından su ehtiyatları azalır, həmçinin Xəzər dənizi səviyyəsinin dövrü olaraq qalxıb-enməsi ilə əlaqədar ola bilər.Kür çayının su ehtiyatın belə kəskin azalmasında insan amilinin də təsiri, müəyyən qədər payı var.

Bura çay sahili boyu və çayın qolları üzərində əkinçilik sahələrin artması ilə əlaqəli suvarılmaya yüksək təlabat, düzgün olmayan irriqasiya sistemləri, kor təbii sürətdə qurulmuş nasoslar, qum-çınqıl karxanaları, su elektrik stansiyaları, balıqçılıq təsərüfatı üçün yaradılmış suni göllər və s. amilləri misal çəkmək olar. Azərbaycanın su ehtiyatları görə Cənubi Qafqaz ölkələri sırasında bu göstərici daha məhduddur.

Suyun bütün canlı orqanizmlər, təbiət üçün nə qədər vacib amil olduğunu düşünərək maksimum şəkildə suya qənaət etməklə yanaşı, bu çağırışa ətrafımızdakı insanlarında əməl etməsinə nail olmalıyıq.

Paytaxt Bakı şəhərində içməli su ilə texniki su ayrılmalıdır, buna böyük potensial imkanlarımız mövcuddur.

Əks halda, yaxın gələcəkdə ölkəmizin hər yerində içməli su qıtlığı problemi olması qaçılmazdır.

Kənan KƏRİMLİ,

Ekoloq

Etikxeber.az

Read Previous

“Dünyada su ehtiyatları azalır: Qafqazda cəmi 310 milyard kubmetr su ehtiyatı var ki…”-SADİQ QURBANOV – QORXMAZ HÜSEYNOV MM-Ə ÇAĞIRILDI VƏ…

Read Next

“Putin üçün növbəti 16 il…”-ELXAN ŞAHİNOĞLUNUN BAXIŞI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir