“Əks təqdirdə, ölkə və vətəndaşlarımız çıxılmaz vəziyyətə düşə bilər”-MM-İN KOMİTƏ SƏDRİNDƏN YENİ ÇAĞIRIŞ

Son günlər ölkədə koronavirusa yoluxanların sayının artması ciddi narahatlıq doğurur. Bunu bəzi insanların yalnız biganəliyi kimi qiymətləndirmək düzgün olmazdı. Dəfələrlə deyilməsinə, müraciət olinmasına baxmayaraq, kimsə bilə-bilə qayda-qanunu pozursa, sosial məsafə saxlamırsa, tibbi-gigenik qaydaları gözləmirsə, yoluxur və başqalarını da xəstəliyə yoluxdurursa, insan ölümünə səbəb olursa, bu, biganəlik yox, dövlətin gördüyü mühüm tədbirlərə kölgə salmaq, insanlığa qəsd, xəyanət və cinayətdir. Hər birimiz məsələyə bu baxımdan qiymət verməliyik.

Etikxeber.az xəbər verir ki, bunu parlamentin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.

Bildirib ki, çünki qayda-qanuna məhəl qoymayanlar, yoluxanlar və həyatını dəyişənlər Azərbaycan vətəndaşlarıdır.

“Hadisələr də gözlərimiz qarşısında baş verir. Belə olan halda, susmaq lazım deyil. Qanunlar, qaydalar sərtləşdirilməli, ciddi tədbirlər görülməli, günahkarlar cəzalandırılmalıdır. Axı, pandemiyaya qarşı mübatizə ümumxalq, bəşəri mübarizədir. Bizim üçün milli təhlükəsizlik məsələdir. Xalqın, millətin təhlükəsizliyini pozanlar isə bagışlanmamalıdır. Başqa yol yoxdur. Əks təqdirdə, ölkə və vətəndaşlarımız çıxılmaz vəziyyətə düşə bilər. Dərindən düşünməli və səhvlərə yol verməməliyik. Əziz qardaş və bacılarım, haqqa, ədalətə uz tutun, reallıqları görün, dünyada baş verənləri düzgün qiymətləndirin, yalanlardan, şantajlardan uzaq olun, düçar olduğumuz bəlanın çətinliyini dərindən anlayın, qayda -qanunları pozaraq həyatınızı və başqalarının həyatını təhlükəyə atıb ömrünüzə qəsd etməyin”-deyə, o, sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

“Ermənistan qlobal xarakter daşıyan bu təşəbbüsə qarşı çıxış etməklə, BMT sistemində və dünya dövlətləri arasında özünü rüsvay etmiş olardı-necə ki, oldu”-QƏNİRƏ PAŞAYEVA

Read Next

534 yeni yoluxma qeydə alındı-5 NƏFƏR DÜNYASINI DƏYİŞDİ…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir