“Ələbaxımlılıqdan qurtarmaq üçün hazırlanmış özünəməşğulluq proqramlarının genişləndirilməsinə, bəzi güzəştlərin tətbiq edilməsinə ehtiyac var”-MM-İN KOMİTƏ SƏDRİNİN MÜAVİNİNDƏN VACİB TƏKLİFLƏR

2006-cı ildən etibarən ünvanlı dövlət sosial yardımının verilməsinə başlanılmışdır ki, bu sosial layihə həmin kateqoriyadan olan ailələrin rifah halının yüksəldilməsində, onların sosial-məişət və maddi çətinliklərinin həllində xüsusi əhəmiyyət kəsb edir. Aztəminatlı ailələrə ödənilən ünvanlı dövlət sosial yardımının məbləğinin artırılması məqsədilə hər il ehtiyac meyarının həddi artırılır.

Etikxeber.az xəbər verir ki, bunu Milli Məclisin (MM) komitə sədrinin müavini, professor Jalə Əliyeva parlamentin bugünkü iclasında çıxışı zamanı deyib.

Qeyd edib ki, eyni zamanda ünvanlı dövlət sosial yardımının təyinatında ünvanlılıq prinsipinin daha dolğun şəkildə təmin edilməsi və sosial yardım proqramının aztəminatlı ailələrə əlçatanlığının artırılması üçün qanunvericilikdə təkmilləşdirmə işləri aparılır.

Çıxışı olduğu kimi, təqdim edirik:

“Təqdim edilən layihədə nəzərdə tutulan dəyişikliklərin əsas məqsədi də məhz bu siyasətin təkmilləşdirməsi istiqamətində əlavə hüquqi mexanizm kimi dəyərləndiriləməlidir. Qanun layihəsindəki bəzi müsbət yenilikləri xüsusi vurğulamaq istərdim:

Müqayisə üçün qeyd edim ki, hazırda qüvvədə olan qanunvericiliyə görə, ailə tərkibində baş vermiş dəyişiklik və həmin dəyişikliyə görə məlumat verilməməsi ailəyə sosial yardım təyinatından imtinaya və ya ailəyə yardımın dayandırılmasına səbəb olur.

Yeni qanunvericilik layihəsi isə həmin dəyişikliyin və buna görə məlumat verilməməsinin yardım təyinatına və ya ödənişinə təsir etməməsini nəzərdə tutur. Həmçinin ailənin gəlirlərində dəyişiklik baş verdiyi halda, bu barədə ailənin məlumat verməsi üçün qanunvericilikdə nəzərdə tutulan müddətin 5 iş günündən 15 iş gününədək uzadılması yeni layihədə öz əksini tapıb.

Yeni layihəyə əsasən Ünvanlı yardım üçün müraciət zamanı qeyd edilməsi tələb olunan məlumatların sayı da azaldılacaq. Aidiyyəti qurumların elektron informasiya bazalarından əldə edilməsi mümkün olan məlumatların ərizə-bəyannamədə göstərilməsi tələb edilməyəcək. Həmçinin yeni layihədə ailə üzvünün bu və ya digər sosial təminat növü, istər pensiya, istər müavinət, istərsə də təqaüd və s. ilə təmin edilməsi ilə əlaqədar məlumatların da daxil edilməsi tələb olunmur, həmin məlumatlar müvafiq informasiya bazalarından əldə ediləcək.

Ünvanlı sosial yardım təyin olunan ailənin özünüməşğulluğa cəlb edilməsi üçün mexanizmin yaradılması da layihələdə yer alıb. Bu, aztəminatlı ailələrə sosial yardım formasında dəstəklə paralel olaraq, kiçik biznesə çıxış və gəlirlərini artırmalarına aktiv formada dövlət dəstəyinin göstərilməsini nəzərdə tutur. Qanun layihəsində krediti olan şəxslərə də ünvanlı sosial yardımın verilməsinin nəzərdə tutulması çox müsbət bir dəyişiklikdir.

Eyni zamanda qanun aliment verənlərin və aliment alanların hüquqi vəziyyətini də tənzimləyəcəkdir və bu qəbildən şəxslərə dı müavinət şamil ediləcəkdir.
Tək kəlmə ilə deməliyik ki, cənab Prezident İlham Əliyev tərəfindən müzakirəmizə təqdim edilən bu qanun layihəsi olduqca humanist və mütərəqqi bir sənəddir.

Bu sənədin qəbulu ilə seçicilər tərəfindən, ayrı-ayrı vətəndaşlar tərəfindən deputat olaraq bizlərə edilən bir çox müraciətlər və suallar öz cavabını tapacaqdır. Həmkarlarım da təsdiq edərlər ki, ƏƏSMN vətəndaş müraciətlərini ən çox ünvanladığımız yerli və mərkəzi icra orqanları arasında birincilər sırasındadır. Və mövcud qanun layihələrinin də günün tələblərinə uyğun bir şəkildə təkmilləşdirilməsi, ölkənin sosial yönümlü siyasətinin tərkib hissəsidir.

Biz qanunun Komitə iclaslndakı müzakirəsi sırasında da öz fikirlərimizi və təkliflərumizi bildirmişik. Onlarl burada yenidən təkrarlamadan, bu qanun layihəsinə səs verəcəyimi bildirir, eyni zamanda bəzi təkliflərimi səsləndirmək istəyirəm.

1.Sosial yardlmların verilməsi mexanizminin sadələşdirilməsinə ehtiyac var. Ucqar bir kənddə yaşayan, müasir texnoligiyadan istifadə edə bilməyən bir vətəndaş elektron  müraciət etməkdə çətinlik çəkir. Əhalinin qanun layihələrindən bəzən heç xəbəri olmur. Bu qəbildən olan vətəndaşlara yerlərdə məlumat verilməsi və onların sənədlərinin bazaya oruzdurulmasına yardım mexanizmi hazırlansa çox yaxşı olar.

2.Ələbaxımlılıqdan qurtarmaq üçün hazırlanmış özünəməşğulluq proqramlarının genişləndirilməsinə, bəzi güzəştlərin tətbiq edilməsinə ehtiyac var. Məsələn, proqrama cəlb edilən şəxsə, ilk məhsulu alana qədər, ilk istehsala qədər müəyyən güzəştlər edilə bilər.

3. Mən bir məsələni də qeyd etmək istəyirəm. Söhbət rayonlarda pay torpağı olan, lakin müxtəlif səbəblərlə Bakıda və ölkənin digər şəhərlərində yaşayan, həmin torpağı bir dəfə də olsun əkib-becərməyən, məhsul götürməyən təbəqədən gedir. Həmin vətəndaşlar məhz torpağı olduğu üçün müavinət ala bilmirlər. Bu məsələ, xüsusilə son pandemiya dövründı daha çox qabardı. Bu qəbildən olan şəxslər bir qsyda olaraq böyüj şəhərlərdə günəmuzd, fəhlə kimi işləyirlər. Və son qarşılaşdığımız fors-major hallarda olduğu kimi, sosial müavinətdən faydalana bilmirlər.Bu məsələnin də həllində yəqin ki, müəyyən kriteriyalar tətbiq edilə bilər.

4.Digər bir məsələ usə nəqliyyat vasitəsi sahibləriylə bağlıdır. Adlında etibarnamə olan və ya çox köhnə istehsal, istifadəyə tamamilə yararsız bir maşln sahibi olan şəxslər də sosial müavinət ala bilmirlər.

Toxunmaq istədiyim digər məsələləri isə vaxt darlığı üzündən təəssüf ki, səaləndirə bilmirəm. Amma daha sonra katibliyə yazılı şəkildə təqdim edəcəyəm”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Əgər maliyyə sabitliyi pozularsa, onda sosial proqramların icrasına da bizim imkanımız çatmayacaq…”-Prezident – İlham Əliyev və Mehriban Əliyeva 3 saylı DOST mərkəzinin açılışında-YENİLƏNİB – FOTOLAR

Read Next

Daha 131 yoluxma-DAHA BİR ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir