“Ələt futbol məktəbi, futbol meydançası böyük futbolçular yetişdirib ki…”-AYDIN HÜSEYNOV – MİLLƏT VƏKİLİ ƏLƏT MƏDƏNİYYƏT EVİ VƏ ƏLƏT-BAKI SÜRƏT QATARI İLƏ BAĞLI MƏSƏLƏNİ DƏ DİLƏ GƏTİRDİ

Milli Məclisin komitələrində son zamanlar müzakirələr intensiv gedir. Bu müzakirələrdə həm də maraqlı tərəflərin iştirakı təmin olunur. Bu isə həm müzakirə olunan məsələlərlin, həm də ümumi işlərin keyfiyyətinə müsbət təsir göstərir. Buna görə Sahibə xanım sizə minnətdarlığımı bildirirəm.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Aydın Hüseynov  “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanunun layihəsinin (birinci oxunuş) müzakirəsi zamanı deyib.

Bildirib ki, adıçəkilən məsələnin parlamentin komitə iclasında müzakirəsində Ələt azad iqtisadi zonasının müvəqqəti idarəetmə qurumunun sədri Valeh Ələsgərovun iştirakı da müsbət haldır.

Millət vəkili çıxışında eyni zamanda, Azad iqtisadi zonanın yerləşdiyi Ələtdə vaxtıilə məşhur futbol meydançasının oldfuğunu xatırladıb.

“Orada çox böyük idmançılarımız, futbolçularımız oynayıb, yetişib. Kazbek Tuayev məhz Ələt futbol məktəbinin yetişdirməsidir. Eyni zamanda, Ələkbər Məmmədov kimi dünya şöhrətli futbolçumuz dəfələrlə həmin futbol meydançasında oynayıb, məşq edib. Elə bilirəm ki, gələcəkdə həmin futbol meydançasının müasir şəkildə bərpası Ələt azad iqtisadi zonasının inkişafına da öz töhfəsini verəcək. Eləcə də həmin ərazidə Nəriman Nərimanov adına park yerləşir. Onun yenidən qurulması, daha müasir standartlara cavab verən şəkildə bərpası da Ələt azad iqtisadi zonasına öz müsbət töhfəsini qatacaq”-deyə, millət vəkili bildirib.

A. Hüseynov bundan əlavə, unikal arxitekturaya malik Ələt Mədəniyyət Evinin bərpasını vacib sayıb.

Qeyd edib ki, Mədəniyyət Evinin binası gözəl, son dərəcədə unikal arxitekturaya malidir və onun yenidən bərpası lazımdır.

O, həmçinin, Ələt-Bakı sürət qatarı ilə bağlı məsələni qaldırıb və onun əhəmiyyətini, vacibliyini önə çəkib.

Millət vəkili bununla yanaşı, Ələt azad iqtisadi zonasının tam fəaliyyətə başlayacağı təqdirdə çoxsaylı iş yerlərinin açılacağını, insanların işlə təmin olunacağını dilə gətirib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Buradakı 125 nəfərin, eləcə də vətəndaşlarımızın, yaxınlarımızın beyin ölümü gerçəkləşdikdən sonra orqanlarının bağışlanması ilə bağlı problemi var”-MM-İN KOMİTƏ SƏDRİNİN MÜAVİNİ

Read Next

“Ağalı kəndi. Zəfər rəmzi, Sülh rəmzi”-MEHRİBAN ƏLİYEVA PAYLAŞIMLAR ETDİ – FOTO-VİDEO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir