“Əlavələr, dəyişikliklərdənsə, yeni qanun və ya qanunlar olmalıdır”- Eldar İbrahimovdan təklif

Qanunlara əlavələr və dəyişikliklər vacibdir, lazımdır. Çünki qanunyaradıcılığı prosesi, dövrün reallıqları bunu tələb edir“.

Bunu Etikxeber.az-a açıqlamasında professor, Milli Məclisin (MM) Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib.

“Çünki bəzən görürsən bir qanun haradasa 15-20 il qüvvədə olur və bunun özü də zaman-zaman həmin sənədə dəyişiklikləri, əlavələri zəruri edir. Ancaq  bəzən elə də olur ki, çoxları bu və ya digər onu maraqlandıran qanunla bağlı edilən dəyişikliklərdən, əlavələrdən xəbəri olmur”-deyən komitə sədrinin sözlərinə görə, bu da nəticədə bəzi anlaşlmazlıqlara gətirib çıxarır.

Ona görə də elə hesab edirəm ki, qanunlara tez-tez dəyişikliklər etməkdənsə, bu yöndə ayrıca qanunlar qəbul etmək daha məqsədəuyğundur. Yəni, əlavələr, dəyişikliklərdənsə, yeni qanun və ya qanunlar olmalıdır. Bu daha səmərəli və effektli olardı“-deyə, komitə sədri sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

“Millət vəkilləri canlı körpü rolunu oynamaqdan usanmamalıdır” – Jalə Əliyeva

Read Next

Millət vəkili bürokratiyadan və bürokratlardan gileyləndi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir