Əli Əhmədov növbədənkənar seçkilərdən və orduya yardımdan danışdı – YENİLƏNİB

Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini – İcra katibi Əli Əhmədov növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

Etikxeber.az-ın məlumatına görə, Ə.Əhmədov jurnalistlərə açıqlamasında bu məlumatların əsassız olduğunu bildirib:

“Azərbaycanda Milli Məclisə növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı şayiələrin səbəbini bilmirəm. Ola bilsin ki jurnalistlər bu informasiya ilə oxucularının sayını artırmaq istəyirlər. Ölkədə növbədənkəmar parlament seçkilərinin keçirilməsi ilə bağlı hər hansı səbəb yoxdur”. Baş nazirin müavini qeyd edib ki, Konstitusiyada göstərilib ki, parlament seçkiləri 5 ildən bir noyabr ayında keçirilməlidir: “Qanunvericiliyə əsasən, növbəti parlament seçkiləri 2020-ci ilin noyabrında keçiriləcək. Bu ilin dekabrında isə növbəti bələdiyyə seçkiləri keçiriləcək”.

***

alikkkk

Ə. Əhmədov eyni zamanda bildirib ki, Azərbaycan vətəndaşları orduya imkanları daxilində dəstək göstərirlər.

“Biz yeni bir təşəbbüs irəli sürdük və bu məsələni bir daha gündəmə gətirmək istədik”-deyən Ə.Əhmədov bildirib ki, YAP üzvləri bu təşəbbüsü geniş şəkildə dəstəklədilər və Silahlı Qüvvələrə Yardım Fonduna köçürmələr etdilər. Baş nazirin müavini vurğulayıb ki, bu təşəbbüsə millət vəkilləri də qoşulub. Ə. Əhmədovun dediyinə görə, digər şəxslərin bu təşəbbüsə qoşulması şəxsi məsələdir: “Ordu həssas bir mövzudur. Azərbaycanın hər bir vətəndaşı orduya həm mənəvi, həm də maddi dəstək göstərməyə daim hazırdır. Azərbaycanın qüdrətli ordusu ən güclü 52 ordu içərisində yer tutur. Məlum Aprel döyüşləri də ordumuzun qüdrətini bir daha sübut etdi. Azərbaycan xalqının göstərdiyi maddi və mənəvi dəstək ordumuzun güclənməsinə xidmət edir”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Amerika kuboku: BRAZİLİYA İLƏ PERU FİNALDA

Read Next

“Əli Əhmədovun təşəbbüsü isə bu istiqamətə bir təkan verdi…” – MÜBARİZ QURBANLI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir