“Əli Əhmədovun təşəbbüsü isə bu istiqamətə bir təkan verdi…” – MÜBARİZ QURBANLI

YAP sədrinin müavini Əli Əhmədovun Silahlı Qüvvələrə Yardım Fonduna dəstək aksiyasına mən də qosulmuşam.

Etikxeber.az-ın məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı mətbuata açıqlamasında deyib.

O bildirib ki, Silahlı Qüvvələrə Yardım Fonduna dəstək göstərmək hər bir vətəndaşın borcudur: “YAP sədrinin müavini Əli Əhmədovun təşəbbüsü cəmiyyət tərəfindən dəstəklənir, müdafiə olunur. Hər bir partiya üzvü də öz imkanı çərçivəsində bu yardım kampaniyasında iştirak edir”. 

M. Qurbanlı yardım kampaniyasında iştirak etdiyini qeyd edib: “İndiyə qədər də bu kampaniyada iştirak edirdim. Yardım kampaniyasına YAP üzvləri, millət vəkilləri qoşulub. Əli Əhmədovun təşəbbüsü isə bu istiqamətə bir təkan verdi”.

Etikxeber.az

Read Previous

Əli Əhmədov növbədənkənar seçkilərdən və orduya yardımdan danışdı – YENİLƏNİB

Read Next

Nümayəndə heyətinin keçmiş üzvündən AŞPA rəhbərliyinə – AÇIQ MƏKTUB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir