Əli Əsədovun parlamentdəki ilk hesabatının vaxtı-MƏLUM OLDU-DEPUTATLAR YENƏ TESTDƏN KEÇİRİLƏ, HÖKUMƏT ÜZVLƏRİNDƏN VƏ MİLLƏT VƏKİLLƏRİNDƏN YAŞI 65-İ KEÇƏNLƏR İCLASA QATILMAYA BİLƏR – YENİLƏNİB

Aprelin 7-də Milli Məclisin (MM) növbəti-beşinci iclası keçiriləcək.

Bu haqda Etikxeber.az-a MM-in komitə sədrlərindən biri məlumat verib.

Qeyd edib ki, iclasda hökumətin hesabatı dinləniləcək və Nazirlər Kabineti adından Baş nazir Əli Əsədov illik hesabatı təqim edəcək.

Bu, onun Baş nazir kimi, parlamentdə ilk hesabatı olacaq.

İclasın onlayın və ya əvvəlki qaydada keçirilib-keçirilməyəcəyinə gəlincə, komitə sədri onlayn iclası hələlik istisna edib.

“Çünki onlayn iclas üçün texniki təchizat hələlik tam yetərli deyil. Odur ki, iclas əvvəlki qaydada iolacaq. Amma ola bilər ki, bütün hökumət üzvləri-Baş nazirin müavinləri, nazirlər, komitə sədrləri heç də hamısı iclasda iştirak etməsinlər. Baş nazir və bir neçə hökumət üzvü iclasa qatıla bilər və bu, daha realdır. Çünki iki metr aralıda oturmaq məsələsi var. Əslində bu gün diqqət koronavirus panemiyasının qarşısının alınması məsələsinə yönəlməlidir və bu, belədir. Hökumət 2019-cu ildə də normal, qənaətbəxş fəaliyyət göstərib. İndiki məqamda onlara başqa tapşırıqlar da vermək düzgün olmaz, yenə də deyirəm ki, əsas hədəf, əsas diqqət koronavirus pandemiyası ilə mübarizə məsələsidir. Odur ki, fikrimcə, hökumətin hesabatı ilə bağlı müzakirələr də uzun çəkməz və çəkməyəcək“-deyə, komitə sədri sözlərinə əlavə edib.

Onu da qeyd edək ki, iclasla bağlı deputatların növbəti-üçüncü dəfə test müayinəsindən keçirilməsi, onlardan növbəti dəfə analizlər götürülməsi gözlənilir.

Eyni zamanda, 65 yaşdan yuxarı olan 20-dən çox millət vəkilinin iclasa yenə qatılmayacağı bildirilir.

Millət vəkilləri yenə də əksəriyyət etibarı ilə iclasda tibbi maskadan istifadə edəcəklər.

Yeri gəlmişkən, MM-dəki digər mənbə beşinci iclasda hökumətin hesabatının dinlənilməyəcəyini, komitələr tərəfindən tövsiyə edilən məsələlərin müzakirə olunacağını bildirmişdi.

Görünür ki, son anda qərar dəyişikliyi baş verib…

14:30

***

Başqa bir millət vəkili isə 65 yaşdan yuxarı olan deputatlar kimi, 65-i keçən hökumət üzvlərinin də iclasa qatıla bilməyəcəyini bildirib.

“Hökumət üzvləri əksəriyyət etibarı ilə iclasa qatılacaqlar. Amma 65 yaşdan yuxarı olan hökumət üzvləri iclasa qatılmaya bilərlər və yəqin ki, qatılmayacaqlar. Eynilə də 65 yaşı keçən deputatlar yenə iclasa qatılmayacaqlar. Karantin şərtlərinə əməl edilməlidir hamılıqla”-deyə, adının çəkilməsini istəməyən millət vəkili bildirib.

Etikxeber.az

Read Previous

“Torpaqlarımızın tam azad ediləcəyi inamı böyükdür və…”-AYDIN MİRZƏZADƏ

Read Next

“Kəlbəcərin işğalı əslində həmin tarixdən bir il əvvəl Ağdaban faciəsi ilə başlamışdı…”-JALƏ ƏLİYEVA YAZDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir