Əli Həsənov həmkarların qurultayına qatıldı, növbədənkənar seçkilərdən danışdı… – FOTOLAR – YENİLƏNİB – (1)

Həmkarlar İttifaqları Konfederasiyasının V qurultayı başladı

Fevralın 5-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) V qurultayı işə başlayıb.

Etikxeber.az xəbər verir ki, qurultayda Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, sahə həmkarlar ittifaqları təşkilatlarından 1300-dək nümayəndə, dövlət və hökumət rəsmiləri, eləcə də 30 ölkədən 85 nəfər beynəlxalq həmkarlar ittifaqı liderləri və fəalları iştirak edirlər.

Qurultayı AHİK-in sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının (BHİK) və Pan Avropa Regional Şurasının (PARŞ) vitse-prezidenti, Milli Məclisin deputatı Səttar Möhbalıyev açıb. Sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

***

hamkarlar-yeni

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov dövlətimizin başçısı İlham Əliyevin qurultay iştirakçılarına təbrik məktubunu oxuyub.

Səttar Möhbalıyev Prezident İlham Əliyevin qurultay iştirakçılarına təbrik məktubuna və həmkarlar ittifaqları təşkilatlarının 114 üzvünün təltif olunması barədə sərəncamlar imzalamasına görə AHİK-in üzvləri adından dövlətimizin başçısına minnətdarlığını bildirib.

Sonra Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının prezidenti Joao Felisio, Rusiya Müstəqil Həmkarlar İttifaqları Federasiyasının prezidenti Mixail Şmakov, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov və digər qonaqlar çıxış edərək təbriklərini çatdırıblar.

AHİK-in sədri, Milli Məclisin deputatı S.Möhbalıyev hesabat məruzəsi ilə çıxış edib.

***

hamkarlar-2

Bu il aprelin 11-də növbədənkənar prezident seçkiləri keçiriləcək.

Bu barədə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) V Qurultayında çıxışında Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.

Ə. Həsənov deyib ki, bu, həmkarlar ittifaqları qarşısında növbəti vəzifə qoyur: “Mən bilirəm ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının qurultaylarında ənənəvi olaraq prezident İlham Əliyevin yenidən prezidentliyə namizədliyi irəli sürülür. Sizin hamınızı növbədənkənar prezident seçkilərində fəal iştirak etməyə çağırıram.

Siz həmişə İlham Əliyevi dəstəkləmisiniz və bu dəfə də öz sözünüzü deyəcəksiniz”.

Etikxeber.az

Read Previous

Azərbaycan növbədənkənar seçkilərə gedir – APRELDƏ – SƏRƏNCAM

Read Next

Növbədənkənar seçkilər… – RƏYLƏR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir