Həsənov YAP sədrinin müavini, Abutalıbov İdarə Heyətinin üzvü kimi – QALACAQMI?

Məlum olduğu kimi, cəmi bir neçə saat öncə ölkə Prezidenti İlham Əliyev iki vitse-premyerin vəzifədən uzaqlaşdırılması ilə bağlı müvafiq Sərəncamlar imzalayıb.

Ölkə prezidentin Sərəncamları ilə  Hacıbala Abutalıbov və Əli Həsənov Baş nazirin müavini vəzifəsindən çıxarılıblar.

Qeyd edək, H. Abutalıbov 2018-ci ilin prezident seçkilərindən sonra, aprel ayında Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən kənarlaşdırlaraq, başqa bir Sərəncamla Baş nazirin müavini vəzifəsinə təyin edilmişdi.

Eyni zamanda, 1998-ci ildə Baş nazirin müavini təyin edilən,  həm də Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri olan Ə. Həsənov 18 noyabr 1998-ci il – 21 aprel 2018-ci illərdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri vəzifəsində çalışmışdı.

yap_logo_260615

ali-hasanov-bas

haci1505460215

2018-ci ilin 21 aprelində  isə Ə. Həsənovun  səlahiyyətlərindən biri əlindən alınmış, “Qaçqınkom”un sədri vəzifəsindən çıxarılmış və Baş nazirin 4 müavinindən biri kimi təsdiqlənmişdi.

Onu da qeyd edək ki, 2013-cü ilə kimi Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü olan Ə. Həsənov partiyanın həmin ildə keçirilən  V qurultayında partiya Sədrinin müavini və İdarə Heyətinin üzvü seçilmişdi.

6 ildir ki, YAP sədrinin müavini kimi fəaliyyət göstərir(di).

H. Abutalıbov isə YAP yaranan vaxtdan partiyanın Siyasi Şurasında və İdarə Heyətində təmsil olunurdu.

Hər iki şəxs hazırda da YAP Siyasi Şurasının və İdarə Heyətinin ( bu ali orqanda 20 nəfər təmsil olunur) üzvləridir, üstəlik Ə. Həsənov YAP sədrinin 4 müavinindən biridir.

Bəs görəsən, bundan sonra adıçəkilən şəxslər yenə YAP-dakı vəzifələrini, partiyanın ali orqanlarındakı fəaliyyətlərini davam etdirəcəklərmi?

Həmçinin, qeyd edək ki, YAP-da rəhbər dəyişikliyi, seçkili orqanlarda təmsilçilik ilə bağlı qərarlar  partiyanın qurultaylarında verilir.

Xatırladaq ki, qarşıdan, 2020-ci ildə 6 cağırış parlament seçkiləri gəlir və seçkilər ərəfəsində YAP-ın növbəti qurultayının keçirilməsi gözlənilir.

Bu baxımdan, hər iki şəxsin 2020-ci ildə keçirilməsi ehtimal olunan qurultaya kimi, YAP-ın rəhbər orqanlarında fəaliyyətlərini davam etdirməsi gözlənilir…

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Kimsə onların qabağını kəsməyib, buyursunlar…” – MİLLƏT VƏKİLİ

Read Next

Parlamentin növbəti plenar iclası keçiriləcək – BU GÜN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir