Əli Mirəliyev bu dəfə Nəzakət Teymurovanın “bostan”ına daş atdı və etirazla qarşılandı…

Son illər sənəti, ifası ilə deyil, daha çox qalmaqalları ilə “tanınan” müğənni Əli Mirəliyev növbəti qalmaqala “imzasını” atıb.

Etikxeber.az-ın xəbərinə görə, belə ki, Ə. Mirəliyev bu dəfə (bu gün) ARB telekanalında efirə gedən “Səhər-Səhər” verilişinin növbəti buraxılışında Xalq artisti, tanınmış muğam ustası-xanəndə Nəzakət Teymurovanın ünvanına öz “ittihamını” səsləndirib.
Verilişin aparıcısı Elgizin “Mən müsair muğam ifaçılarından Aygün Bayramovanı, Nəzakər Teymurovanı çox yüksək qiymətləndirirəm…”– sözləriə etiraz edən müğənni onun fikirlərini tamamlamağa belə imkan verməyib.
Ə. Mirəliyev “Sən nə danışırsan? Aygün gözəl oxuyandır…Amma Nəzakət yox…O, daim xaric oxuyur”-deyə, iradını bildirib və bu da nəticədə Elgiz tərəfindən etirazla qarşılanıb.
Sən mənə de görüm axı, niyə qışqıra-qışqıra danışırsan? Get meşədə qışqır də…Niyə burada qışqırırsan?!”-deyə, Elgiz öz növbəsində vurğulayıb.
nezaket-1
Onu da qeyd edək ki, qalmaqal əslində müğənni verilişdə iştirak edən tanınmış müğənni Aygün Bəylərin indiki ifaçılardan, xüsusən, muğam ifaçılarından kimləri bəyənib-bəyənmədiyi məsələsi ətrafında yaranıb.
ali miraliyev
“İndi oxuyan var?! Heç kimin ifasını dinləyə bilmirəm!”-deyən A. Bəylər özünü nəinki muğam ifaçısı, xanəndə, artıq musiqi, sənət xiridarı hesab etdiyini bildirib.
Aygun BAYLAR
O, “Vaxtında Hacıbaba Hüseynov, Xan Şuşunski, Arif Babayev… kimi sənətkarlarımız olub…Amma indi belə sənətkarlar yoxdur…İndi oxuyan var, bəyəm? Yoxdur! Heç kimin ifasını dinləyə bilmirəm…Elə bir ifaçı yoxdur ki, ondan nəsə öyrənim…Mən artıq təkçə ifaçı deyiləm, həm də söz, qəzəl xiridarıyam…Gərək kimsə məndən yuxarı səviyyədə ifa etsin ki, ondan nəsə öyrənim…”-deyib və bundan sonra məlum qalmaqal yaşanıb.
Etikxeber.az

Read Previous

“Dünyada islamafobiya var…” tezisləri boş sözlərdir” – NATİQ CƏFƏRLİ

Read Next

“Azərbaycan dünya müsəlman ölkələri arasında əməkdaşlıq işinə bundan sonra da öz töhfəsini verəcək” – PREZİDENT – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir