Əliyev Gürcüstanın müdafiə nazirini qəbul etdi – FOTO – YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 9-da Gürcüstanın müdafiə naziri Levan İzorianı qəbul edib.

Etikxeber.az xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb.

***

Dövlət başçısı ölkələrimiz arasında siyasi münasibətlərin uğurla inkişaf etdiyini bildirdi, müxtəlif sahələrdə, o cümlədən hərbi sahədə əməkdaşlığımızın uzun illər müvəffəqiyyətlə inkişaf etdiyini vurğuladı və Levan İzorianın Azərbaycana səfərinin bu sahədə əməkdaşlığın perspektivlərinin müzakirəsi üçün yaxşı imkan yaratdığını dedi.

Gürcüstanın müdafiə naziri L. İzoria Gürcüstan xalqının dövlətimizin başçısına şəxsən hörmətini bir daha ifadə edərək ölkələrimiz arasında əlaqələrin uğurlu inkişafında Prezident İlham Əliyevin böyük xidmətlərinin olduğunu vurğuladı. Qonaq ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini qeyd etdi. Levan İzoria Gürcüstan-Azərbaycan-Türkiyə əməkdaşlığına toxunaraq bunu regional sabitliyi möhkəmləndirən amil kimi dəyərləndirdi, üç ölkənin birgə hərbi təlimlərinin uğurla keçirildiyini bildirdi.

Azərbaycan ilə Gürcüstan arasında iqtisadi, energetika, nəqliyyat sahələrində uğurlu qarşılıqlı fəaliyyətin olduğunu bildirən dövlətimizin başçısı ölkələrimizin həyata keçirdiyi qlobal layihələrin əhəmiyyətini vurğuladı.

İ.Əliyev, öz növbəsində, ölkəmizin Gürcüstanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini qeyd etdi.

Etikxeber.az

Read Previous

Babam Azərbaycan Parlamentinin yaradılmasında iştirak edib – TÜRKİYƏLİ NAZİR MÜAVİNİ

Read Next

Seçkilərin beynəlxalq prinsiplərə uyğun keçiriləcəyi şübhəsizdir – YUSİF BABANLI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir