Əliyev iranlı həmkarına başsağlığı verdi

Azərbaycan prezidenti İlham Əliyev İran İslam Respublikasının prezidenti Həsən Ruhaniyə başsağlığı verib.

Etikxeber.az xəbər verir ki, dövlət başçısının məktubunda deyilir:

ruhani

“Hörmətli cənab Prezident,

Ölkənizdə törədilmiş terror aktı nəticəsində insanların həlak olması və yaralanması xəbəri bizi olduqca kədərləndirdi. Biz bu dəhşətli hadisədən son dərəcə hiddətlənir, terrorizmi pisləyir, onun bütün forma və təzahürlərinə qarşı qətiyyətlə mübarizə aparılmasını vacib hesab edirik.
Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İran xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm. Allah rəhmət eləsin!”. 

Etikxeber.az

 

 

 

 

Read Previous

İranda terrakt: ÖLƏNLƏRİN SAYI 24 NƏFƏRƏ ÇATDI – FOTOLAR- VİDEO- YENİLƏNİB – (2)

Read Next

Heydərovun bürüncü – PREZİDENT VƏ AİLƏSİ QARŞILAŞMANI İZLƏDİ – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir