Əliyev Lukaşenkonu-TƏBRİK ETDİ, MƏKTUB GÖNDƏRDİ…-YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 10-da Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkoya telefonla zəng edib.

Etikxeber.az-ın xəbərinə görə, Prezidentin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, dövlətimizin başçısı A.Lukaşenkonu prezident seçkilərində inamlı qələbə qazanması münasibətilə təbrik edib, ona Belarus xalqının firavanlığı və ölkənin inkişafı naminə fəaliyyətində yeni-yeni uğurlar arzulayıb.

Belarus Prezidenti göstərilən diqqətə və təbrikə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Dövlət başçıları ölkələrimiz arasında strateji tərəfdaşlığa əsaslanan dostluq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayaraq, əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminlik ifadə ediblər.

Telefon söhbəti zamanı əməkdaşlığın müxtəlif sahələrinin perspektivləri ilə bağlı məsələlər müzakirə edilib.

13:49

***

Həmçinin, İlham Əliyev Belarus Prezidenti Aleksandr Lukaşenkoya məktub göndərib.

Məktubda deyilir:

“Hörmətli Aleksandr Qriqoryeviç,

Belarus Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi təbrik edirəm.

Seçkilərin nəticələri Belarus vətəndaşlarının Sizə yüksək etimadını, ölkənizin inkişafı naminə yürütdüyünüz siyasi xəttə geniş xalq dəstəyini bir daha təsdiq etdi.

İnanıram ki, bu inamlı qələbəniz qardaş Belarusun çiçəklənməsinə və onun beynəlxalq mövqelərinin daha da güclənməsinə xidmət edəcək, xalqlarımız arasında dostluq ənənələrinə əsaslanan Azərbaycan-Belarus strateji tərəfdaşlıq və hərtərəfli əməkdaşlığının davamlı inkişafına töhfə verəcəkdir.

Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik və qardaş Belarus xalqının rifahı naminə fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram”.

Etikxeber.az

Read Previous

“Azərbaycan Qarabağ torpağına qayıdacaq. Bizim ərazi bütövlüyümüz tam bərpa ediləcək, necə ki, bu gün biz vaxtilə tərk edilmiş “Qarabağ” yatağına qayıdırıq, eyni qaydada biz doğma Qarabağ torpağımıza da qayıdacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”-Prezident “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimində-İŞTİRAK ETDİ – FOTOLAR – YENİLƏNİB

Read Next

Azərbaycanı UEFA Avropa Liqasında təmsil edəcək klublarımızın rəqibləri-MÜƏYYƏNLƏŞDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir