Əliyev Norveç kralını təbrik etdi

Ölkə Prezidenti İlham Əliyev Norveçin kralı əlahəzrət V Haralda təbrik məktubu göndərib.

Etikxeber.az-ın xəbərinə görə, təbrikdə deyilir:

“Əlahəzrət,

Norveç Krallığının milli bayramı – Konstitusiya Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Norveç xalqına daim əmin-amanlıq və rifah arzulayıram”.

Etikxeber.az

Read Previous

Yaşlı insanların sayı çoxalıb – BAŞ NAZİRİN MÜAVİNİ – FOTO

Read Next

1000 ha əkin sahəsində müasir suvarma sistemlərinin quraşdırılması işləri davam etdiriləcək – SƏRƏNCAM

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir