“Əliyev Paşinyanı susdurmadı, ağzının üstündən vurdu…” -MİLLƏT VƏKİLİ

Buna susdurmaq da yox, məhz ağzının üstündən vurmaq deyirlər.

Etikxeber.az xəbər verir ki, bunu politoloq, millət vəkili Sahib Alıyev  ölkə Prezidenti İlham Əliyevin MDB Dövlət Başçılarının Aşqabad sammitində səsləndirdiyi bəyanata münasibətini bildirərkən dilə gətirib.

“Söhbət Nikol Paşinyanın Azərbaycan Prezidentinin Aşqabadda MDB Dövlət Başçıları Şurasının toplantısında çıxışı zamanı guya erməni xalqını təhqir və oradakı dövlət başçılarına isə hörmətsizlik etməsinə cənab İlham Əliyevin verdiyi cavabdan gedir. Xatırladaq ki, Paşinyan dövlət başçımızın Qaregin Njdeyə Ermənistanın keçmiş hakimiyyətinin heykəl qoymasını nasizmin qəhrəmanlıqlaşdırılması kimi qiymətləndirməsini erməni xalqına təhqir və MDB ölklərinin oradakı liderlərinə isə hörmətsizlik olduğunu bildirmişdi”-deyən millət vəkili Paşinyanın növbəti sərsəmləməsinə ölkə Prezidentinin cavabını olduğu kimi təqdim etməklə cavab verib:

asqabad-ilya

“Mən, sadəcə, şərh verməyə məcburam. Belə ki, Ermənistanın baş nazirinin çıxışında söhbət məndən gedib. Halbuki mənim çıxışımda söhbət Ermənistanın baş nazirindən, xüsusən də erməni xalqından getməyib. Hesab edirəm ki, Sovet İttifaqının digər xalqları kimi, bizim ümumi qələbəmizə böyük töhfə verən erməni xalqı, ilk növbədə, özü əvvəlki rəhbərliyin ölkəyə vurduğu bu ləkədən təmizlənməlidir. Əgər baş nazir mənim çıxışıma diqqətlə qulaq asıbsa, onda yəqin ki, o da bunu tutub. Həmçinin hesab edirəm ki, nasist əlaltıları və cinayətkarları ilə QULAQ-ın və digər düşərgələrin repressiyaya məruz qalmış dustaqlarını müqayisə etmək qətiyyən yolverilməzdir. Mən öz çıxışımı təsadüfən sitatlarla möhkəmləndirmədim. Onları kitabxanada, internetdə tapmaq olar.

Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin 2019-cu ilin may sitatında və Rusiyanın Müdafiə naziri Şoyqunun redaksiyası altında 12 cildlik nəşrin sitatında kifayət qədər aydın deyilir ki, o, necə bir “xadim” olub. Həmçinin nə qədər iyrənc olsa da, onun sitatını mən bir daha təkrar edəcəyəm: “Almaniya uğrunda həlak olan Ermənistan uğrunda həlak olur”. Bu, Böyük Vətən müharibəsi illərində deyilib. Buna görə də hesab edirəm ki, özünü demokratik seçilmiş təqdim edən yeni hakimiyyət, ilk növbədə, bu ləkədən, bu rüsvayçılıqdan təmizlənməli və həmin heykəli sökməlidir. Mənim dövlət başçılarına hörmətsizlik göstərdiyimə gəlincə, düşünürəm ki, bizim iclasımız, yəqin ki, bundan daha absurd tezis eşitməyib…”.

Etikxeber.az

 

Read Previous

“Fələstin” küçəsi bundan sonra – “MACARISTAN” ADLANACAQ – ANKARADA

Read Next

“Faşizm ideyalarının təbliğ olunması və faşistlərin qəhrəmanlaşdırılması təhlükəli meyldir” – DEPUTAT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir