Əliyev Putinə zəng etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 3-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng etdi.

Etikxeber.az-ın xəbərinə görə, Prezident İlham Əliyev Rusiya Federasiyasının Surqut şəhərinin hava limanına görkəmli neftçi Fərman Salmanovun adının verilməsi ilə bağlı təşəkkürünü bildirdi və bu qərarın Azərbaycan ictimaiyyəti tərəfindən böyük minnətdarlıqla qəbul edildiyini vurğuladı.

İLYA_PUTUN_İLHAM

Telefon söhbəti zamanı Azərbaycan-Rusiya ikitərəfli münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirildi, əldə edilmiş nailiyyətlərdən məmnunluq ifadə olundu.

Azərbaycan və Rusiya prezidentləri əlaqələrimizin inkişafına dair müxtəlif məsələlər və əməkdaşlığımızın perspektivləri, eləcə də gələcək təmaslar haqqında fikir mübadiləsi apardılar.

Etikxeber.az

Read Previous

“Tramp əməkdaşlığa əsaslanan tərəfdaşlığın tərəfdarıdır” – MİLLƏT VƏKİLİ

Read Next

Prezident Aİ və DB rəsmisi ilə görüşdü – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir