Əliyev Putini-TƏBRİK ETDİ

Prezident İlham Əliyev Rusiyanın dövlət bayramı – Rusiya Günü münasibətilə Prezident Vladimir Putinə təbrik məktubu göndərib.

Etikxeber.az xəbər verir ki, məktubda Rusiya Federasiyasının ictimai-siyasi, sosial-iqtisadi və digər sahələrdə inkişaf, tərəqqi və dəyişikliklər yolunda inamla irəlilədiyi bildirilib.

Vurğulanıb ki, fəal xarici siyasət kursu Rusiyanın dünya arenasında mövqeyinin gücləndirilməsi üçün etibarlı təməldir.

“Azərbaycan ilə Rusiya arasında münasibətlərin yüksək səviyyədə olmasını böyük məmnuniyyətlə qeyd etmək istəyirəm. Xalqlarımız arasında çoxəsrlik dostluq, mehriban qonşuluq və qarşılıqlı dəstək ənənələri çoxşaxəli Azərbaycan-Rusiya əlaqələrinin və strateji tərəfdaşlığının daha da inkişaf etdirilməsi və dərinləşdirilməsi üçün möhkəm bünövrədir.

Əminəm ki, ikitərəfli münasibətlərin gündəliyindəki məsələlərin bütün spektrinin uğurla reallaşdırılması ölkələrimiz arasında qarşılıqlı faydalı və tammiqyaslı əməkdaşlığın genişlənməsi üçün yeni imkanlar açacaq.

Fürsətdən istifadə edib koronavirus pandemiyasının nəticələrinin aradan qaldırıldığı dövrdə Azərbaycan xalqının Rusiya xalqı ilə həmrəy olduğunu bildirirəm”, – deyə dövlətimizin başçısı məktubda qeyd edib.

Prezident İlham Əliyev Prezident Vladimir Putinə möhkəm cansağlığı, uğurlar, bütün rusiyalılara firavanlıq və əmin-amanlıq diləyib.

Etikxeber.az

Read Previous

“Nümayəndə heyətlərimizin fəaliyyəti Azərbaycanın milli maraqlarını qorumağa, fərqli gündəlikləri ilə ölkəmizə təzyiq etməyə çalışan qrupların cəhdlərinin qarşısının alınmasına yönəlməlidir”-SAHİBƏ QAFAROVA

Read Next

“İndi həmişə olduğundan daha çox həmrəyliyə, bu çətin dövrdə dövlətin yanında olmağa ehtiyac var”-MÜŞFİQ CƏFƏROV YAZDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir