Əliyev Ruhaniyə başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti  Həsən Ruhaniyə başsağlığı verib.

Etikxeber.az-ın xəbərinə görə, başsağlığında deyilir:

Hörmətli cənab Prezident,

Ölkənizin qərbində baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər məni olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İran xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyir, təbii fəlakətin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıram.

Allah rəhmət eləsin!

Etikxeber.az

Read Previous

FABİO KANNAVARO- Çinin ən yaxşı futbol məşqçisi

Read Next

Büdcə zərfinə ciddi marağın olması gözləniləndir – BAHAR MURADOVA – YENİLƏNİB (3)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir