Əliyev Fransada kibertəhlükəsizlik sahəsində əməkdaşlıqla bağlı müzakirələr apardı – FOTOLAR – YENİLƏNİB

Fransa Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də “Vivaction” şirkətinin prezidenti Rişar Mari ilə görüşüb.

Etikxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, İlham Əliyevin həmçinin, martın 13-də Parisdə “SUEZ” qrupun baş direktorunun müavini, eyni zamanda, MEDEF-in vitse-prezidenti xanım Marie-Ange Debon ilə görüşü olub.

fransa-ilya-2

***

Görüşdə Azərbaycan ilə “SUEZ” qrup arasında müəyyən sahələrdə əməkdaşlığın həyata keçirildiyi, bir sıra layihələr üzərində iş getdiyi bildirildi. Bakının yağış sularından təmizlənməsi və digər layihələrlə bağı məsələlər müzakirə olundu, bu işlərin davam etdirilməsinin məqsədəuyğunluğu bildirildi.

***

Görüşdə kibertəhlükəsizlik sahəsində əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.

***

İlham Əliyev Parisdə bundan başqa, DCNS şirkətinin prezidenti Erve Qiyu ilə görüşüb.

***

İlham Əliyev  eyni zamanda, “CIFAL” qrupunun prezidenti Jil Remi ilə görüşüb.

***

İlham Əliyev Parisdə “Thales lnternational” şirkətinin baş vitse-prezidenti Rafael Eskinazi ilə də görüşüb.

Etikxeber.az

Read Previous

“Nə vaxta kimi və ya ATƏT QARABAĞDA HANSI SƏNGƏRƏ GİRƏCƏK?” – DEPUTAT

Read Next

Oğurluqda şübhəli bilinən şəxslər tutuldu

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir