Əliyev-Tusk,Gerasimov-Uolters görüşünə – BAXIŞ

Bakının növbəti dəfə güc mərkəzlərinin görüşü üçün məkan seçilməsi heç də təsadüfi deyil. Bu, Azərbaycanın beynəlxalq nüfuzundan xəbər verir.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Eldəniz Səlimov Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov ilə NATO Müttəfiq Qüvvələrinin Avropadakı Ali Komandanı Tod Uolters arasında keçirilən görüşü şərh edərkən deyib.

Deputat xatırladıb ki, Azərbaycan nə NATO-nun, nə də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür. Bu halda Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov ilə NATO Müttəfiq Qüvvələrinin Avropadakı Ali Komandanı Tod Uolters arasında görüşün məhz Bakıda keçirilməsi Azərbaycan üçün böyük əhəmiyyət kəsb edir.

E.Səlimov vurğulayıb ki, Azərbaycan sabit və stabil bir ölkə kimi dünya əhəmiyyətli beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib: “NATO və Rusiya Federasiyası təmsilçilərinin Bakıda görüşməsi, bu tədbirin Azərbaycana etibar edilməsi bir daha ölkəmizin beynəlxalq nüfuzundan xəbər verir. Bu gün ölkəmizdə mühüm beynəlxalq görüşlərin, mərasimlərin keçirilməsinin əsas səbəblərindən biri möhtərəm Prezidentimiz İlham Əliyevin şəxsi nüfuzu və beynəlxalq aləmdə ölkəmizi layiqincə təmsil etməsidir”.

russs

tusk-nahar

eldeniz qardaş

Millət vəkili eyni zamanda, Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Donald Tuskun Azərbaycana səfərinə toxunub.

Qeyd edib ki, bu səfər böyük əhəmiyyət kəsb edir.

Onun sözlərinə görə, bu səfər həm də Azərbaycan-Aİ münasibətlərinin davamlı inkişafının göstəricisidir.

Son bir il ərzində, ümumiyyətlə, Azərbaycan prezidenti ilə Tuskun ən azı üçüncü dəfə bir araya gəldiyini, hər görüşdə də hər iki tərəf üçün önəmli və əhəmiyyətli məsələlərin müzakirə olunduğunu, görüşlərdən sonra isə münasibətlərin  daha da inkişafına yönəlik müsbət mesajların verildiyini bildirən millət vəkili qeyd edib ki, qazanan həm Azərbaycandır, həm  də Aİ.

“Bu gün Azərbaycanın dünyaya, avroatlantik məkana inteqrasiyaya ehtiyacı olduğu kimi, dünyanın, o cümlədən, üzun illərdən bəri müxtəlif layihələrdə uğurlu əməkdaşlıq etdiyimiz Aİ-nin də Azərbaycana ehtiyacı var. Çünki Azərbaycan öz addımları ilə dünyada ən etibarlı, ən etimadlı, ən dayanıqlı əməkdaş, tərəfdaş, müttəfiq imicini qazanıb.

Bu imicin qazanılmasında da birbaşa rol və xidmət  ölkə prezidenti cənab İlham Əliyevə məxsusdur. Məhz onun  müdrik, uzaqgörən və düşünülmüş siyasəti nəticəsində Azərbaycan həm dünyanın lider, nüfuz, söz sahibi olan ölkələrindən birinə çevrilib, həm də ölkəmiz etibarlı, güvənli dövlət, tərəfdaş imici qazanıb.

Ölkəmizin, dövlət başçısının prioritetləri arasında Aİ ilə də yüksək əməkdaşlıq və tərəfdaşlıq münasibətləri önəmli yerlərdən birin tutmaqdadır və son illər ərzində bu istiqamətdə görülən işlər də göz qarşısındadır.

Bu baxımdan hesab edirəm ki, son səfər və müzakirələr də daxil olmaqla, bütövlükdə ötən bu illər ərzində görülən işlər, atılan addımlar Azərbaycan-Aİ münasibətlərini daha da yüksəldəcək, daha da inkişaf etdirəcək və sonucda gözlənilən saziş baş tutacaq. Buna tam əminik”-deyə, E. Səlimov sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

 

Read Previous

“Bu, önəmli dividendlər vəd edir…” – SEVİNC FƏTƏLİYEVA

Read Next

Baş redaktordan prezidentə – MİNNƏTDARLIQ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir