Əliyev üzüntüsünü belə ifadə etdi: “Peresin vəfatı xəbəri məni olduqca kədərləndirdi”

Ölkə Prezidenti İlham Əliyev İsrail Dövlətinin Prezidenti Reuven Rivlinə başsağlığı məktubu göndərib.

Etikxeber.az-ın məlumatına görə, məktubda deyilir:

“Hörmətli cənab Prezident,

İsrail Dövlətinin keçmiş Prezidenti, görkəmli dövlət xadimi və ictimai-siyasi xadim, Nobel mükafatı laureatı Şimon Peresin vəfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu ağır itki ilə əlaqədar Sizə, mərhumun ailəsinə və yaxınlarına, bütün İsrail xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm”.

Etikxeber.az

Read Previous

“İslahatlar elə barmağını fırlatmaqla olmur ki?!” – HADİ RƏCƏBLİ

Read Next

“Hər kəsə cavab vermək iqtidarındayıq” – SƏMƏD SEYİDOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir