Əliyev Xalça Muzeyinin əməkdaşlarını təltif etdi

Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Xalça Muzeyinin əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Etikxeber.az-ın məlumatına görə, Azərbaycan xalça sənətinin təbliğində səmərəli fəaliyyətlərinə görə Abasova Aygün Elşad qızı və Səlimov Yalçın Ramiz oğlu “Tərəqqi” medalı ilə təltif edilib.

Dövlət başçısının digər sərəncamı ilə Ağayeva Püstə Tofiq qızı, Məlikova Təranə Nadir qızı və Zeynalova Rəma Mais qızı Azərbaycan xalça sənətinin təbliğində səmərəli fəaliyyətlərinə görə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.

Etikxeber.az

Read Previous

“Üzürü günahından betər buna deyiblər…” – QƏNİRƏ PAŞAYEVA DA “OD” PÜSKÜRDÜ

Read Next

“Kiş alban məbədi”nə aparan dairəvi avtomobil yolunun tikintisinə 1 milyon manat ayrıldı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir