Əliyev Xalikov və Torkunov ilə görüşdü – FOTOLAR – YENİLƏNİB

Oktyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru Anatoli Torkunov ilə görüşdü.

Etikxeber.az xəbər verir ki, görüşdə VI Bakı Beynəlxalq Humanitar Forumunun əhəmiyyəti vurğulandı, bu tədbirin beynəlxalq əməkdaşlığa mühüm töhfə verdiyi qeyd edildi.

Prezident İlham Əliyev Anatoli Torkunovun Forumda iştirakından məmnunluğunu bildirdi.

mdu

Rektor Anatoli Torkunov Forumun dünyada humanitar əlaqələrin inkişafına töhfəsini vurğulayaraq ölkəmizə xoş duyğularla gəldiyini və bu mötəbər tədbirdə iştirak etdiyini dedi.

***

İlham Əliyev oktyabrın 25-də BMT baş katibinin müavini Rəşid Xalikov ilə görüşdü.

xalikov

BMT-nin baş katibi Antonio Quterreşin salamlarını və xoş arzularını dövlətimizin başçısı İlham Əliyevə çatdıran Rəşid Xalikov Bakı Humanitar Forumunun əhəmiyyətindən bəhs etdi, bu tədbirin beynəlxalq əməkdaşlığa mühüm töhfələrindən danışdı.

Prezident İlham Əliyev BMT baş katibinin müavini Rəşid Xalikovun Forumda iştirakına və çıxışına görə minnətdarlığını bildirdi. Dövlətimizin başçısı İlham Əliyev Rəşid Xalikovun Forumda iştirakının və çıxışının BMT-nin bu tədbirə böyük önəm verməsinin göstəricisi olduğunu vurğuladı.

Azərbaycan Prezidenti baş katib Antonio Quterreş ilə ötən il BMT Baş Assambleyası çərçivəsində görüşünü məmnunluqla xatırladı.

Dövlətimizin başçısı BMT baş katibinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarının Antonio Quterreşə çatdırılmasını xahiş etdi.

Görüşdə Azərbaycan ilə BMT arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirildi, əlaqələrin perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

Etikxeber.az

Read Previous

50+40 və ya AYBƏNİZ HAŞIMOVDADAN MÖHTƏŞƏM SƏNƏT GECƏSİ – FOTOLAR

Read Next

Azərbaycan dünya neft emalı sənayesinin beşiyi sayılan ilk ölkələrdən biridir – BAXIŞ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir