Əliyeva, Abiyeva yoxsa Əliyeva? – OMBUDSMANLIĞA NAMİZƏDLƏRLƏ BAĞLI MƏSƏLƏYƏ BAXILDI VƏ…- YENİLƏNİB – (1)

Bu gün  Milli Məclisin (MM) İnsan hüquqları komitəsinin  iclasında Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə irəli sürülən yeni namizədlərin məsələsinə baxılacaq.

Etikxeber.az-ın məlumatına görə, Ombudsman vəzifəsinə namizədlər ölkə Prezidenti İlham Əliyev tərəfindən  irəli sürülüb.

Nazmizədlər 3 nəfərdir: Bakı Apellyasiya Məhkəməsinin hakimi (sədr müavini)  Kəmalə Abiyeva, Ali Məhkəmənin İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Kəmalə Əliyeva və Konstitusiya Məhkəməsi Aparat rəhbərinin müavini Səbinə Əliyeva.

Qeyd edək ki, hüquq üzrə fəlsəfə doktoru S. Əliyeva sabiq vitse-spiker və eks səfir Yaşar Əliyevin qızı, Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, parlamentin Dini qurumlar və ictimai birliklər komitəsinin sədri Siyavuş Novruzovun həyat yoldaşıdır.

Odur ki, Ombudsman vəzifəsinə S. Əliyeva ilə K. Abiyevanın daha çox şanslı olduğu bildirilir.

Ancaq  sonda onlardan kimə üstünlük veriləcəyi, yeni Ombudsmanın kim olacağı hələlik sirr olaraq  saxlanılır.

Məsələ İnsan hüquqları komitəsinin saat 15:00-da  keçiriləcək iclasında müzakirə olunduqdan sonra namizədlərə baxılması parlametin plenar iclasına tövsiyə ediləcək.

Xatırladaq ki, hazırkı Ombudsman Elmira Süleymanovadır.

Qeyd edək ki, E. Süleymanova ilk dəfə  2002-ci ilin 2 iyul tarixində  Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkili (Ombudsman) secilib.

O,  2010-cu ilin 5 mart  tarixində təkrarən yeni müddətə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) secilib.

82 yaşlı E. Süleymanovanın ikinci Ombudsmanlıq müddəti 2 il öncə başa çatıb.

***

Hazırda komitənin iclası  öz işinə başlayıb.

İclası komitənin sədri, vitse-spiker Bahar Muradova açıb.

B. Muradova gündəlikdəki məsələsi ilə komitə üzvlərini tanış edib.

***

B. Muradova deyib ki, Prezident  3 nəfərə böyük etimad göstərib:

“Hesab edirəm ki, Ombudsman seçiləcək şəxs Azərbaycanda insan hüquqlarının qorunması sahəsinə praktik olaraq öz müsbət töhfəsini verəcək, cənab Prezidentin etimadını doğruldacaq”.

Bu yerdə qeyd edək ki, iclasda namizədlərin özləri də iştirak ediblər.

Məsələ müzakirə olunduqdan sonra MM-in plenar iclasına tövsiyə olunub.

Etikxeber.az

Read Previous

BDU-nun 100 illiyi ilə bağlı – MM-İN PLENAR VƏ KOMİTƏ İCLASLARININ VAXTI DƏYİŞDİRİLDİ

Read Next

İcbari tibbi sığorta-AİLƏ HƏKİMİ VƏ BİR NEÇƏ QANUNUN QƏBULUNU SÜRƏTLƏNDİRƏCƏK – RƏY

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir