Əliyevlə Ərdoğan bir arada – FOTOOLAR – YENİLƏNİB – (1)

Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizə səfər edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı qarşılayıb.

Etikxeber.az xəbər verir ki, fəxri qarovul dəstəsinin rəisi Türkiyə Prezidentinə raport verib.

Türkiyə Respublikasının və Azərbaycan Respublikasının dövlət himnləri səslənib.

Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Türkiyə Prezidenti Azərbaycan əsgərlərini salamlayıb.

Azərbaycan Respublikasının dövlət və hökumət nümayəndələri Prezident Rəcəb Tayyib Ərdoğana, Türkiyə Respublikasının nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olunub.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qarşısından keçib.

Dövlət başçıları rəsmi foto çəkdiriblər.

***

BAKU-1

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə təkbətək görüşü olub.

***

Görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi bildirildi, ölkələrimizin birgə həyata keçirdiyi qlobal layihələrin əhəmiyyəti qeyd olunub.

Türkiyə Prezidentinin səfərinin əməkdaşlığın genişləndirilməsinə töhfə verdiyi qeyd edildi. Bakının işğaldan azad olunmasının 100 illiyi münasibətilə paytaxtda keçirilən paradın əlaqələrimizin tarixində mühüm hadisə olduğu vurğulanıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Etikxeber.az

Read Previous

Ərdoğan gəldi… – FOTOLAR

Read Next

Əliyevlə Ərdoğan Şəhidlər xiyabanını ziyarət etdi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir