Əliyevlə Ərdoğan “Qardaş yumruğu” təlimində iştirak edən heyəti-TƏBRİK ETDİLƏR – VİDEO

“Qardaş yumruğu” təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü”ndə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan telefon zəngi ilə hər iki qardaş ölkənin təlimdə iştirak edən şəxsi heyətini təbrik ediblər.

Etikxeber.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yaylb.

Məlumata görə, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev şəxsi heyəti təbrik edərək “Qardaş yumruğu” təliminin Türkiyə-Azərbaycan birliyinin növbəti təzahürü olduğunu qeyd edib, birliyimizin sarsılmaz və əbədi olduğunu bildirib.

Sonra Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan bir millət, iki dövlət anlayışı ilə keçirilən təlimin uğurla həyata keçirildiyini bildirib və heç kimin ayıra bilməyəcəyi birliyimizin gələcəkdə də davam etdiriləcəyini qeyd edərək bütün şəxsi heyəti təbrik edib.

Etikxeber.az

Read Previous

“Praqadan, yaxud Soçidən yaxın və təhlükəsiz şəhərlər Bakı, İrəvan və Ankaradır…Ərdoğan və Əliyevin üç ölkənin paytaxtında Paşinyanla görüşləri yeganə yoldur”-ZAHİD ORUCDAN MARAQLI VƏ ÖNƏMLİ TƏKLİF

Read Next

Daha 62 yeni yoluxma-DAHA 1 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir