Əliyevlə Ərdoğan “Space”-yə nə dedilər?

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 10-da İstanbulda keçirilən 23-cü Dünya Enerji Konqresinin açılışından sonra “Space” televiziyasının müxbirinin sualını cavablandırıblar.

Etikxeber.az-ın məlumatına görə, ilk öncə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib: Çox xoş oldu. Qardaşımla bərabər bir arada olduq. Onun üçün də çox xoşbəxtəm.

Prezident İlham Əliyev: Biz hər zaman bir yerdəyik, bir yerdə olacağıq. Əziz qardaşımın dediyi kimi, bu gün buraya gələnlərin mütləq əksəriyyəti Türkiyəyə, əziz qardaşıma dəstək vermək üçün gəlib. Bu, çox böyük uğurdur. Türkiyə yenə də bütün dünyanı dəvət etdi, öz ətrafına yığdı. İnşallah, daha da gözəl günlərimiz olacaq, bax, həmişə belə, bərabər.

Prezident Rəcəb Tayyib Ərdoğan: Biz birik, bərabərik, qardaşıq.

Etikxeber.az

Read Previous

Qənirə Paşayevadan Türkiyəyə AŞPA-dan dəstək:İkili standartlara yer olmamalıdır

Read Next

Voleybolçular arasında Avropa çempionatının iştirakçılarının tam siyahısı müəyyənləşib

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir