Əliyevlə Linden bir arada – FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 11-də Niderland Krallığı Senatının sabiq sədri, Avropa Şurası Parlament Assambleyasının fəxri sədri, Niderland-Azərbaycan Dostluq Qrupunun sədri Rene Van der Lindeni qəbul edib.

Etikxeber.az xəbər verir ki, bu haqda AZƏRTAC məlumat yayıb.

görüşdə Azərbaycan ilə Niderland arasında kənd təsərrüfatı, bərpa olunan enerji, nəqliyyat, logistika və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparıldı, Azərbaycanda yaradılan nəqliyyat infrastrukturunun, xüsusilə Ələtdəki Bakı Beynəlxalq Dəniz Ticarət Limanının logistika sahəsində əməkdaşlığın inkişaf etdirilməsi baxımından önəmi vurğulandı.

Söhbət zamanı Azərbaycan-Avropa əməkdaşlığına toxunuldu, Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin uğurla inkişaf etdiyi qeyd olundu.

Rene Van der Linden Azərbaycanın sabit bir ölkə kimi regionda çox mühüm bir dövlət olmasının əhəmiyyətini qeyd etdi.

Görüşdə, həmçinin Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə xüsusi qeyd olundu, əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

Etikxeber.az

Read Previous

Çaya aşan ekskavatorun sürücüsünün axtarışları davam etdirilir – FHN

Read Next

Sabah MM-in növbəti plenar iclası keçiriləcək – GÜNDƏLİKDƏ 32 MƏSƏLƏ VAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir