Əmək Məcəlləsi dəyişdirilir – HƏRBİ VƏZİYYƏT DÖVRÜ İLƏ ƏLAQƏDAR

Əmək Məcəlləsinə dəyişikliklər edilməsi nəzərdə tutulur.

Etikxeber.az xəbər verir ki, dəyişikliklərlə bağlı qanun layihəsi də parlamentin Əmək və sosial siyasət komitəsinin fevralın 7-də keçirilən iclasının müzakirəsinə təqdim olunub.

hadi racabli-hadi

Adıçəkilən komitənin sədri Hadi Rəcəblinin dediyinə görə, Əmək Məcəlləsinə təklif olunan dəyişiklikdə qeyd olunur ki, Məcəllənin 32-ci maddəsinin 4-cü hissəsinə “fəaliyyətinə xitam verilməsi” sözlərindən sonra “və ya fəaliyyətinin dayandırılması” sözləri əlavə edilsin.

Həmçinin təklif edilir ki, 99-cu maddənin 2-ci hissəsinə “habelə” sözündən əvvəl “hərbi xidmət rejiminin təmin edilməsi” sözləri yazılsın.

Eyni zamanda təklif olunur ki, Məcəllənin 134-cü maddəsinə yeni məzmunda 6-cı hissə – “Hərbi vəziyyət dövründə səfərbərlik planlarına (tapşırıqlarına) uyğun olaraq, əmək məzuniyyəti başqa vaxta keçirilə bilər” hissəsi əlavə edilsin.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

Read Previous

Mehdi Mehdiyev əlillərə verilən pulsuz dərmanların keyfiyyətindən narazılıq etdi

Read Next

Hərbi vəziyyətə mane olan həmkarlar təşkilatlarının fəaliyyəti dayandırıla bilər – DƏYİŞİKLİK

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir