Əməkdar artist gizli saxladığı sirri açıqladı: “Məmməd Araz dedi ki…” – VİDEO

Azərbaycan musiqisində və eləcə də gənc istedadların yetişdirilməsində  xüsusi rolu olan, Əməkdar artist, xalq və bəstəkar mahnılarının mahir ifaçısı  Aybəniz Haşımova   gənclik illərində Azərbaycanın Xalq şairi Məmməd Arazın “Məndən sənə bir ömürlük xatirə”(Şur təsnifi)  mahnısında şairin sözlərinə dəyişiklik etməsinin tarixçəsini ilk dəfə açıqlayıb.

Etikxeber.az-ın məlumatına görə, bu haqda Gununsesi.info-ya danışan Əməkdar artist bildirib ki,  şairin sözügedən mahnısını səsyazma studiyasında yazarkən gənclik eşqi ilə düşünmədən sözləri  özü istədiyi kimi dəyişərək ifa edib:

“Sənətdə yenicə addımladığım vaxtlar dahi şairimiz Məmməd Arazın sözlərinə bəslənmiş “Məndən sənə bir ömürlük xatirə”(Şur təsnifi)  mahnısını ifa edirdim.  Sovet dövründə də mahnını ifa edərkən bir hərfi belə səhv deyə bilməzdin.  O vaxtlar baxmayaraq ki, sən əziyyət çəkib mahnını oxumusan, lakin həmin ifa Mahnı Fonduna daxil edilmirdi. O vaxt bu “Qızıl Top” adlanırdı. Elə indi də belə adlanır.  Həmin zamanlar çox gənc idim. Şair Məmməd Arazın sözlərinə bəslənmiş  mahnını oxumuşdum.

Şair mahnının sözlərində deyib ki, “Səndən mənə bir ömürlük xatirə, məndən sənə nə qalacaq, nə bilim”. Mən də  çox gəncəm. Eşqim aşıb-daşır başımdan.  Coşquluyam, həyat eşqiliyəm. Dünyanı elə sevirəm ki, hər yeri mavi səma kimi görürəm. Ürəyimdən keçdi ki,  niyə axə belə oxuyum?  Sözləri özüm istədiyim kimi oxuyub dəyişdim: “Məndən sənə bir ömürlük xatirə,  səndən mənə nə qalacaq, bilmirəm…”. Elə beləcə də oxuyub, gedirəm.

 Mahni hazır olandan sonra  Bədii Şura təyin edilib,  bütün dahilər də əyləşib ki,  dinləyib, müzakirə etsinlər. Şura üzvləri görür kü, mən həmin sözləri özüm istədiyi kimi dəyişib, səhv oxumuşam.  Deyirlər ki, Məmməd müəllim,  Aybəniz xanın mahnıda sizin şerin sözlərini sözləri səhv oxuyur. Lent pozulmalıdır.  Məmməd Araz da  Şura üzvlərini sakitcə dinləyib deyir ki, eşq olsun Aybəniz qızımıza,  elə yaxşı ki, belə oxuyub.  Düz deyir dəəəə…. “Məndən sənə bir ömürlük xatirə, mən nə bilim səndən mənə nə qalacaq…”.

Baxın, o şerdəki səhv-yanlışım  məni Məmməd Araz qəlbində yaşanmağıma səbəb oldu.  Bəlkə düz oxusaydım, heç məni tanımayacaqdı və mən dəyişdiyim bu  bir misrayla onun qəlbində qaldım. İnanın ki, Məmməd Araz  ömrünün son günlərinədək məni o nəğmədə  sevdi. Hətta, yubiley gecəsində də  Məmməd Arazın istəyi ilə mahnını elə o cür də oxumuşdum. Yaxşı ki, elə gəncliyimə salıb, mahnının sözlərini elə səhv oxumuşam”- deyə, Əməkdar artist bildirib.

Etikxeber.az

https://www.youtube.com/watch?v=JkNVehp9_Ko

Read Previous

“Gənclərdən hakimiyyət uğrunda mübarizədə istifadə edirdilər…”- HƏSƏNOV – FOTO – YENİLƏNİB

Read Next

Azərbaycan-Türkiyə XİN-lərarası siyasi məsləhətləşmələrin növbəti mərhələsi keçirildi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir