Əməkdar Nyu-Yorkda konsert proqramı ilə çıxış edəcək

Fevralın 18-də Əməkdar Artist, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, beynəlxalq müsabiqələr laureatı Nərgiz Əliyarova Nyu-Yorkda “DiMenna Center”də konsert proqramı ilə çıxış edəcək.

Etikxeber.az xəbər verir ki, konsertdə Y.Haydn, V.Motsart, F.List, F.Şopen, K.Debüssi, S.Raxmaninov, E.Lekuona və Azərbaycan bəstəkarlarının əsərləri səsləndiriləcək.

“Sphinx Global Scholars” proqramı çərçivəsində reallaşacaq musiqi axşamında Nərgiz Əliyarova violonçel ifaçısı Tomas Mesa ilə çıxış edəcək.

Konsert barədə məlumat Nərgiz Əliyarovanın, Tomas Mesanın və “azeriamericanews.com” saytlarında yer alıb.

Etikxeber.az

Read Previous

Akademik Milli Dram Teatrı fevral repertuarını açıqladı

Read Next

Müvəqqəti baş nazir ölkəni parlament seçkilərinə hazırlayır – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir