Ən aktiv və ən passiv seçki dairələri hansılar oldu?

Referendumda ən aktiv və ən passiv seçki dairələri açıqlanıb.
Etikxeber.az-ın xəbərinə görə, bu barədə Mərkəzi Seçki Komissiyasının İnformasiya Mərkəzinin müdiri Fərid Orucov məlumat verib.
Ən aktiv seçki dairəsi 75 saylı Lənkəran-Masallı Seçki Dairəsidir ki, burada 38654 seçicidən 30493-ü səs verib. Bu isə qeyd olunan dairədə 78,89%  seçici fəallığı deməkdir.
Ən passiv seçki dairəsi isə 26 Saylı Sabunçu Birinci Seçki Dairəsi olub. Burada 49268 seçicidən yalnız 27442-si səs verib. Beləliklə, bu dairədə 55,70% seçici fəallığı qeydə alınıb.

Etikxeber.az

Read Previous

“Müsavat” iradını bildirdi

Read Next

Hadi Rəcəbli: “Sosial müdafiə sistemində ələbaxımlılıqdan qaçmaq lazımdır”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir