Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bəzi hakimiyyət nümayəndələri epidemiya dövrü ilə əlaqədar təkliflərimizə müsbət yanaşdıqlarını bildirir. Bizim təkliflərimiz paket halındadır. Bəzilərini qəbul edib, digərlərini qəbul etməmək olmaz. Milyonlarla vətəndaşın evdə qalmasını tələb edən, iş yerlərini qapadan hakimiyyət vətəndaşları maddi cəhətdən təmin etməyə, onların biznesini qorumağa borcludur. Öyünəndə Amerikadan, Almaniyadan danışan iqtidar nümayəndələri o ölkələrdə hər ay fərq qoymadan hər bir vətəndaşa 1000 dollardan, 1000 avrodan artıq vəsait, müraciət edən hər kəsə tələbatına uyğun ərzaq verildiyini bilirmi?
Etikxeber.az xəbər verir ki, bunu Müsavat Partiyasının başqanı Arif Hacılı mətbuat üçün yaydığı açıqlamasında deyib.
O, qeyd edib ki, Azərbaycanda virusa yoluxanların, dünyasını dəyişənlərin sayı iyun ayında əvvəlki aylara nisbətən xeyli artıb. Dünən daha bir antirekord qırıldı.
“Müvafiq olaraq karantin şərtləri də sərtləşib. Vətəndaşların “qara günə” saxladıqları ehtiyatlar da tükənib. Belə olan halda, iyun ayında onsuz da az olan, onsuz da aztəminatlı əhalinin məhdud dairəsini əhatə edən 190 manatın kəsilməsinin izahı nədir? Ən azı iyun və iyul aylarında 190 manat müavinətlər ödənməli, yardımların daha çox əhaliyə verilməsi təmin edilməli, orta və xırda biznesin xilası üçün xüsusi dövlət proqramı hazırlanıb həyata keçirilməlidir”-deyə,o, əlavə edib.
10:22
Etikxeber.az