“Ən uğursuz işləyən nazirlik Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi oldu…”-MM-İN KOMİTƏ SƏDRİNİN MÜAVİNİ

Koronavirus dövründə ən uğursuz işləyən nazirlik Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi oldu. Biz bu dövrdə provayderlər tərəfindən dayanıqlı internet görmədik. Tez-tez onlayn əlaqə kəsilirdi.

Etikxeber.az xəbər verir ki, bunu Milli Məclisin (MM) komitə sədrinin müavini Fazil Mustafa parlamentdə deyib.

Millət vəkili qeyd edib ki, Cinayət -Prosessual Məcəlləsinə edilən dəyişikliklərə əsasən, cinayət mühakimə icraatında müasir informasiya-kommunukasiya texnologiyalarının imkanlarından istifadə edilməsi, habelə xüsusi karantin rejimində və digər xüsusi hallarda cinayət prosesinin videokonfrans əlaqə vasitəsilə davam etdirilməsini təmin ediləcək:

“Bəs biz bu videokonfransı mövcud internetlə həyata keçirə biləcəyikmi? Pandemiya dövründə gördük ki, ölkədə internetlə bağlı problem var”.

Etikxeber.az

Read Previous

MM-in növbəti iclası iyunun 12-də-KEÇİRİLƏCƏK

Read Next

“Qazax və Ağstafa rayonları ərazisində Ermənistanın yeni döyüş mövqeyi əldə etmə­si barədə məlumat həqiqətə tam ziddir”-DSX

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir