Ən varlı 500 şəxs sərvətlərinə daha 1 trilyon əlavə etdilər…

Dünyanın ən varlı 500 insanı 2017-ci ildə sərvətlərinə 1 trilyon dollar əlavə edib.

Etikxeber.az “Anadolu”-ya istinadla xəbər verir ki, “Bloomberg”in milyarderlər indeksində yer alan məlumata əsasən, dünyanın ən varlı 500 şəxsinin 2016-cı il dekabrın 27-də 4,4 trilyon dollar olan sərvətləri 2017-ci il dekabrın 26-da 23 faiz artaraq 5,3 trilyon dollara çatıb.

Keçən il hər gün sərvətlərinə 2,7 milyard dollar əlavə edən dünyanın ən varlı insanları 2017-ci ildə bundan dörd dəfə çox pul qazanıblar.

dollarrrrrrrr

ABŞ-ın ticarət nəhəngi “Amazon” kompaniyasının banisi Ceff Bezos bu göstəriciyə görə ən yüksək nəticə göstərib və varidatını 34,2 milyard dollar artıraraq 99,6 milyard dollara çatdırıb. O, 2013-cü ildən bəri dünyanın ən varlı insanı olan 91,3 milyard dollarlıq sərvətə malik “Microsoft” kompaniyasının yaradıcısı Bill Qeytsin titulunu əlindən alıb.

Siyahıya daxil olan varlılar arasında 38 çinli milyarder sərvətlərinə əlavə etdikləri 177 milyard dollarla varidatlarını 65 faiz artırıb. Reytinqdə 159 varlı ilə təmsil olunan ABŞ milyarderləri isə 315 milyard dollar artımla sərvətlərini 18 faiz çoxalda bilib.

2017-ci ildə 57 texnologiya milyarderi 262 milyard dollara çatan sərvətlərini 35 faiz artırmağa müvəffəq olub. “Facebook” sosial şəbəkəsinin qurucusu Mark Zuckerbergin 22,6 milyard dollarlıq varidatında 45 faizlik gəlir qeydə alınıb.

İndeksdə yer alan 440 milyarderin sərvətləri 1,05 trilyon dollar artdığı halda, 58 milyarder 46 milyard dollar ziyana düşüb. Fransanın telekommunikasiya nəhəngi Patrick Drahi 4,1 milyard dollarlıq geriləmə ilə varidatı ən çox azalan şəxs olub.

Ötən il reytinqdə yer alan 60 milyarder ziyana uğradıqları və ya rəqiblərinin onları üstələməsi səbəbindən siyahıdan kənarda qalıb.

Etikxeber.az

Read Previous

Əks halda Azərbaycan bunu öz imkanları ilə həll edəcək – BAŞ NAZİRİN MÜAVİNİ

Read Next

Ən çox qol vuran futbolçu – HARRİ KEYN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir