“Ərəbləri qiyafəsindən, iranlıları çarşablarından…” – HADİ RƏCƏBLİ – YENİLƏNİB

“Qarabağ” futbol komanadasının qələbəsi Azərbaycana turist axınına öz müsbət təsirini göstərəcək”.

“Necə olur ki, Gürcüstana turist axını çoxdur, amma Azərbaycanda yoxdur? Lakin ölkə başçısının viza rejiminin sadələşdirilməsi ilə bağlı sərəncamı deyilən fikirləri necə də alt-üst etdi və ölkə turist bumunu yaşadı”.

Etikxeber.az  xəbər verir ki, bu sözləri Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli “Turizm haqqında qanun”un müzakirəsi zamanı deyib.

Komitə sədri bildirib ki, bu yay Bakıda və rayonlarda turist qəbul etmək üçün yer olmayıb:

“Bu yay Bakıda və rayonlarda turistləri qəbul etmək üçün bir dənə də yer yox idi. Bu, necə oldu? Təbii ki, cənab prezidentin sərəncamlarının icra olunması buna müsbət təsir etdi. Viza rejimi aradan qaldırıldıqdan sonra bu kimi müsbət tendensiyalar baş verdi”.

H.Rəcəblinin sözlərinə görə, Azərbaycan bu il turizm bumu yaşayıb:

“Bu gün Bakıya ərəblərin axını davam etməkdədir. Ərəbləri qiyafəsindən tanıyırıq. İranlılar da çarşablarından bilinir. Azərbaycan bu il turizm bumu yaşadı. Bu bir daha sübut etdi ki, son 13 ildə otel biznesi 6 dəfə artmasına baxmayaraq, Azərbaycanda turistlərə yer olmadı”.

***

“Qarabağ” futbol komanadasının qələbəsi Azərbaycana turist axınına öz müsbət təsirini göstərəcək”.

Bunu da iclas zamanı H. Rəcəbli  deyib.

Onun sözlərinə görə, son dövrlərdə Azərbaycana turist axını başlayıb və  bunun şahidiyik.

“Ölkə başçısının viza rejimini sadələşdirməsi, ölkənin əldə etdiyi uğurlar, beynəlxalq idman yarışları turist axınına öz töhfəsini verməkdədir. “Qarabağ” komandasının tarixi qələbəsi də Azərbaycana turist axınına səbəb olacaq”– deyə, H. Rəcəbli bildirib.

Etikxeber.az

Read Previous

“Turistlər daha çox Gürcüstana gedirdilər, indi isə…” – HADİ RƏCƏBLİ

Read Next

Maliyyə Bazarlarına Nəzarət Palatasından banklara XƏBƏRDARLIQ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir