Ərdoğan ABŞ-ı hədələdi: GERİYƏ ADDIM OLMAYACAQ!

Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan “Ak Saray”dakı Milli Mədəniyyət və Konqres Mərkəzində çıxışı zamanı yenə ABŞ-a qarşı ittihamlarla çıxış edib.

Etikxeber.az-ın xəbərinə görə, Ərdoğan ilk öncə “Enerji santralımızın olduğu yerə atdıqları bomba nəticəsində bir şəhidimiz var” – deyib.

erdogan-1-3

Ərdoğan sonra “Zeytun budağı” ilə bağlı ABŞ rəsmilərindən “müddət məsələsi” ilə bağlı gələn tələbə də sərt təpki göstərib.

Ərdoğan, “Əfqanıstanda sizin müddətiniz bəlli oldumu? Iraqda bitdimi bu müddət? Hələ də Iraqdasınız. Belə bir savaş, riyazi bir olay deyil ki?! Axı, bizdən necə belə bir şey soruşarsınız? “Afrin” həll olunacaq. Afrindən geri addım atmaq yox!” – deyə, sonra bildirib.

Etikxeber.az

Read Previous

Meydən “Zeytun budağı”na dəstək : TÜRKİYƏNİN HAQQI VAR

Read Next

Qənirə Paşayeva Rəhim Əliyevdən danışdı…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir