Ərdoğan Əliyevə zəng etdi: “Firavanlıq arzulayıram”

Sentyabrın 12-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib. 

Etikxeber.az xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevi və Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib, xalqımıza firavanlıq arzularını çatdırıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbriklərə görə minnətdarlığını bildirib, öz növbəsində, Türkiyə Prezidenti və Türkiyə xalqını Qurban bayramı münasibətilə təbrik edib, Türkiyə xalqına əmin-amanlıq və tərəqqi arzulayıb.

Dövlət başçıları ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da bütün sahələrdə uğurla inkişaf edəcəyinə əmin olduqlarını bildiriblər.

Etikxeber.az

Read Previous

Üzgüçümüz Roman Saley XV Yay Paralimpiya Oyunlarının finalına vəsiqə qazanıb

Read Next

Çebanu bu dəfə bürünc qazandı – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir